Özəl məktəbəqədər təhsil müəssisələrinin əməkdaşları üçün MTİS təlimi keçirilib
Məktəbəqədər Təhsil Müəssisələrinin İnformasiya Sistemi (MTİS) ilə işə dair özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri üçün təlim təşkil olunub.
Elm və Təhsil Nazirliyi tərəfindən 31 iyul – 1 avqust tarixlərində STEAM İnnovasiya Mərkəzində keçirilən təlimdə məqsəd MTİS platformasında işləmə bacarıqlarını artırmaq və sistemin tətbiqini genişləndirmək olub.
Qeyd edək ki, müxtəlif pillələr üzrə təhsilalan, təhsilverən və müəssisə məlumatları Təhsilin Mərkəzləşdirilmiş İnformasiya Sistemi (TMİS) vasitəsilə toplanır. 2022-ci ildən etibarən məktəbəqədər təhsil müəssisələrinə dair məlumatların elektron qeydiyyatı MTİS üzərindən aparılır.
“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrinin sistemə inteqrasiyası nəzərdə tutulur. Bu məqsədlə keçirilən təlimdə Elm və Təhsil Nazirliyinin Təhsilin iqtisadiyyatı şöbəsinin müdiri İlqar Bayramlı və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova çıxış edərək məktəbəqədər təhsilin inkişafında dövlət-özəl tərəfdaşlığının əhəmiyyətini vurğulayıblar.
Təlimdə nazirliyin Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və hesabatların icmallaşdırılması sektorunun baş məsləhətçisi Pərvanə Baxşıyeva sistemlə işləmək qaydaları barədə təqdimatla çıxış edib, iştirakçıların suallarını cavablandırıb.
Təlim çərçivəsində iştirakçılar üçün STEAM İnnovasiya Mərkəzində infotur təşkil olunub, günün ikinci yarısında isə tətbiqi tapşırıqlar üzrə praktiki məşğələlər keçirilib.
Qeyd edək ki, təlim Təhsilin iqtisadiyyatı şöbəsinin Statistika və icmallaşdırılması sektorunun müdiri Leyla Abbaslının moderatorluğu ilə avqustun 1-də də davam edəcək.
1 il əvvəl
Digər xəbərlər
-
Özəl məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri ilə maliyyələşmə müsabiqəsi ilə bağlı görüş keçirilib
07.08.2026 - 16:10 -
Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsinə başlanılır
06.08.2026 - 17:39 -
Məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığı əsasında maliyyələşmə müsabiqəsinə özəl bağçaların sənəd qəbulu başlayır
04.08.2026 - 17:31 -
2026/2027-ci tədris ili üzrə Dövlət Proqramı qalibləri ilə görüş keçirilib
04.08.2026 - 16:10 -
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri IV “Maarifçi” tələbə-məzun proqramının iştirakçıları ilə görüşüb
04.08.2026 - 14:19
