Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Dövlət Proqramına qəbula dair ilkin siyahı müəyyən olunub

 “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbul nəticələri müəyyən olunub. 

 

Beləliklə, müsabiqənin nəticələrinə əsasən 125 nəfər namizəd bakalavriat səviyyəsi üzrə, 19 nəfər namizəd isə doktorantura səviyyəsi üzrə olmaqla, müvafiq Seçim Qaydalarına aid meyarlara uyğun olaraq ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olunub və proqram iştirakçısı adını qazanıb. 

 

Dövlət Proqramı iştirakçıları dünyanın 33 nüfuzlu ali təhsil müəssisəsində təhsil alacaqlar ki, bu siyahıda "Stanford University", "University of California, "Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", "University of Hong Kong", "Istanbul Technical University", "Seoul National University" kimi nüfuzlu ali təhsil müəssisələri də yer alır.

 

Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində həyata keçirilmiş müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahısı da vardır ki, 2025-2026-cı tədris ili üzrə proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina etdiyi təqdirdə Seçim Qaydalarının 4.20-ci bəndi rəhbər tutularaq sözügedən siyahıya istinad olunaraq növbəti Dövlət Proqramı iştirakçısının seçilməsi nəzərdə tutulur.

 

Bununla yanaşı, Dövlət Proqramı çərçivəsində magistratura səviyyəsi üzrə ilkin mərhələdə sənədlərini düzgün şəkildə təqdim edən namizədlərlə müsahibələr keçirilməkdədir. Müvafiq təhsil səviyyəsi üzrə nəticələrin növbəti həftələrdə ictimaiyyətə açıqlanması nəzərdə tutulur.


29.07.2025 - 10:00