Apellyasiya Şurasının növbəti iclası keçirilib
İyulun 14-də elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Vətəndaşlara xidmət və sənədlərlə iş şöbəsinin Sənədlərlə iş sektorunun məsləhətçisi vəzifəsinə namizədlər Ayşən Əlizadə, Cəmilə Rəhimova və Roza Qarayevanın şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb. Hər 3 şikayətin təmin edilməməsi barədə Şura tərəfindən qərarlar qəbul olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
