Nazir müavini Azərbaycan Üzgüçülük Federasiyasının konfransında iştirak edib
İyulun 22-də Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) strategiyası və yenilikləri ilə bağlı konfrans keçirilib.
Federasiyanın prezidenti Zaur Əliyev qurumun strategiyası ilə bağlı ümumi məlumat verib, üzgüçülük idman növündə kütləviliyin artırılması üçün yeni layihələrin həyata keçiriləcəyini bildirib. Zaur Əliyev məktəblilər arasında üzmə bacarıqlarının artırılması məqsədilə layihələr həyata keçirildiyini qeyd edib.
Gənclər və idman naziri Fərid Qayıbov ASF-nin 6 ay ərzində gördüyü işlərdən danışıb, üzgüçülüklə məşğul olanların sayının ötən illərə nisbətən iki dəfə artdığını vurğulayıb. Eyni zamanda bu idman növünün Azərbaycanda inkişaf edəcəyinə inandığını söyləyib.
Elm və təhsil nazirinin müavini Firudin Qurbanov üzgüçülüyün həyati bacarıq kimi təbliğ edilməsi məqsədilə ASF və Elm və Təhsil Nazirliyinin məktəblər üçün tədris materiallarının hazırlanması və mərhələli şəkildə məktəb proqramına inteqrasiya ediləcəyi barədə danışıb. Nazir müavini Bakı və regionlarındakı universitetlərdə üzgüçülük idman növü ilə bağlı pilot layihələrin həyata keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb.
Firudin Qurbanov həmçinin üzgüçülüyün dünyada ən populyar, insan sağlamlığına müsbət təsir göstərən idman növü olduğundan, kütləviliyi təmin etmək məqsədilə məktəblərdə hovuzların tikilməsinin vacibliyindən bəhs edib.
Federasiyanın baş katibi Oqtay Atayev ASF-nin strateji məqsəd və prioritetlərini təqdim edib.
Strategiya və yeniliklərin təqdimatından sonra ASF-nin yeni məsləhətçisi Pyer Ləfonten ictimaiyyətə təqdim olunub.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
