Nazir müavini Azərbaycan və Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında çıxış edib
İyulun 12-də elm və təhsil nazirinin müavini Həsən Həsənli Azərbaycan Respublikası ilə Ukrayna arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının 13-cü iclasında iştirak edib.
Energetika Nazirliyində keçirilən iclasda nazir müavini çıxış edərək Azərbaycan ilə Ukrayna arasında elm və təhsil sahəsində cari əməkdaşlıq istiqamətləri haqqında məlumat verib. Bildirilib ki, elm və təhsil sahəsində əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Hökumətlərarası Komissiyanın hibrid formatda keçirilən iclasında həmçinin iki ölkə arasında siyasi, iqtisadi, ticarət və sənaye, enerji, nəqliyyat və informasiya-kommunikasiya texnologiyaları, eləcə də mədəniyyət sahələrində əməkdaşlığın cari vəziyyəti və potensial imkanlar müzakirə edilib.
Tədbirin sonunda iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumət Komissiyasının həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10 -
Nazir müavini Kənan Kərimzadə Qəbələdə vətəndaşları qəbul edəcək
06.10.2026 - 12:52
