"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib
İyulun 10-da ADA Universitetində "Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" adlı tədbir keçirilib.
Tədbirdə cari ildə keçirilən sertifikatlaşdırma prosesində yüksək nəticə göstərən təhsilverənlər və digər qonaqlar da iştirak ediblər.
Sertifikatlaşdırma prosesinə dair geniş təqdimatla çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikatlaşdırmanın məqsədi müəllimlərin bilik və bacarıqlarını obyektiv qiymətləndirərək təhsildə keyfiyyəti artırmaqdır. Bu prosesin nəticələri peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir.
2022–2025-ci illər üzrə təşkil olunmuş imtahanlarda 80 mindən çox müəllimin iştirak etdiyini vurğulayan Emin Əmrullayev deyib ki, 2026-cı ilin sonunadək bütün müəllimlər bu prosesdən keçmiş olacaqlar. Nazir çıxışında sertifikatlaşdırma nəticələrinin müəllimlərin əməkhaqqına təsirindən də danışıb. Əlavə edib ki, 2022-ci ildən müəllimlərin sertifikatlaşdırılması prosesinin tətbiqi ilə müəllimlərin orta aylıq əməkhaqqı 20% artaraq 720 manat olub. 2025-2026-cı tədris ili üzrə isə müəllimlərin orta aylıq əməkhaqqı 965 manat olacaq.
Çıxışında sertifikatlaşdırma prosesinin nəticələrinə dair bəzi statistik məlumatları da diqqətə çatdıran Emin Əmrullayev media nümayəndələrinin çoxsaylı suallarını cavablandırıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
