“Baku ID 2025” innovasiya festivalı keçirilib
19–20 iyun tarixlərində Bakıda "Baku ID 2025" innovasiya festivalı keçirilib.
“The Regional Nexus” mövzusuna həsr olunmuş builki festival iki gün ərzində Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Şimali Afrika ölkələrindən texnologiya və biznes liderlərini bir araya gətirərək Azərbaycanı innovasiyanın regional mərkəzinə çevirdi.
Festival SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding və 4SİM kimi aparıcı tərəfdaşların dəstəyi ilə həyata keçirilib.
İki gün ərzində müxtəlif ölkələrdən onlarla spiker, investor və startap nümayəndələrinə ev sahibliyi edən Baku ID festivalı paralel sessiyalar, panel müzakirələr və təqdimatlarla innovasiya ekosisteminin mərkəzinə çevrildi. Festival süni intellekt, texnologiya və innovasiya sahələrinə dair çıxışlar və təqdimatlarla yadda qaldı.
Tədbir çərçivəsində həmçinin ölkəmizin startap və innovasiya sahəsinin inkişafına təkan verəcək üç önəmli anlaşma memorandumu imzalanıb.
İlk memorandum "ARDVENTURE", SABAH.HUB və SABAH.fund arasında imzalanıb. Memorandum türk dünyasının əsas innovasiya mərkəzlərində “Texnologiya səfirlikləri” şəbəkəsinin yaradılması və startapların beynəlxalq bazarlara çıxışının dəstəklənməsi məqsədilə uzunmüddətli əməkdaşlığı nəzərdə tutur. Növbəti iki memorandum isə "SABAH.angels Galata Business Angels" və "Anbema Soft & Consulting" ilə ayrı-ayrılıqda imzalanıb. Tərəflər arasında bağlanan bu əməkdaşlıqlar səhiyyə texnologiyaları, biotexnologiyalar və innovativ maliyyə sahələrində beynəlxalq bilik mübadiləsinin təşviqi, eləcə də perspektivli qlobal bazarlara çıxışı və sərmayə cəlbi imkanlarının genişləndirilməsini hədəfləyir.
Tədbirin əsas məqamları, qaliblər və foto materiallarla tanış olmaq üçün www.bakuid.com rəsmi internet səhifəsini, eləcə də Baku ID-nin "Instagram", "Linkedin" və "Facebook" səhifələrini izləyə bilərsiniz.
1 il əvvəl
Digər xəbərlər
-
Bakı Qızlar Universitetinin təhsil fəaliyyəti dayandırılıb
30.07.2026 - 17:25 -
Nazir müavini Həsən Həsənlinin Ağdaşdakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
27.07.2026 - 12:33 -
Tələbə futzal komandamızdan Avropa Universitet Oyunlarında uğurlu nəticə
25.07.2026 - 11:34 -
Elm və təhsil naziri Saatlıda vətəndaşları qəbul edib
24.07.2026 - 16:17 -
Qəbələdə qida emalı üzrə müasir tədris-istehsalat emalatxanasının təqdimatı keçirilib
24.07.2026 - 15:48
