Nazir müavini Azərbaycan və Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında çıxış edib
İyunun 20-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əməkdaşlıq üzrə Birgə hökumətlərarası komissiyanın 14-cü iclasında iştirak edib.
İqtisadiyyat Nazirliyində keçirilən iclasda nazir müavini Firudin Qurbanov çıxış edərək Azərbaycan ilə Özbəkistan arasında strateji tərəfdaşlığın təməlində dövlət başçılarının siyasi iradəsinin, tarixən inkişaf edən qardaşlıq münasibətlərinin və əldə olunmuş razılaşmaların dayandığını vurğulayıb. Bildirilib ki, elm və təhsil sahəsində də əməkdaşlığın genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsinin həyata keçirilməsi üçün geniş imkanlar mövcuddur.
Komissiyanın iclası çərçivəsində həmçinin iqtisadi-ticarət əlaqələrinin şaxələndirilməsi, sərmayələrin təşviqi, sənaye, energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın cari vəziyyəti və gələcək inkişaf perspektivləri ətrafında geniş müzakirələr aparılıb.
Birgə hökumətlərarası komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistanın investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratov iclasda çıxış edərək ölkələr arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində görülən işləri yüksək qiymətləndiriblər və əməkdaşlığın yeni sahələr üzrə inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.
Tədbirin sonunda Birgə hökumətlərarası komissiyanın həmsədrləri tərəfindən iclasın yekunlarına dair Protokol imzalanıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
