Emin Əmrullayev “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Azərbaycan pavilyonu ilə tanış olub
İyunun 18-də elm və təhsil naziri Emin Əmrullayev Türkiyənin İstanbul şəhərində davam edən “Qlobal Dayanıqlı İnkişaf Konqresi (GSDC 2025)” çərçivəsində Azərbaycanın aparıcı ali təhsil müəssisələrinin təmsil olunduğu ölkə pavilyonunu ziyarət edib.
Pavilyonda Azərbaycanı bir sıra aparıcı ali təhsil müəssisələri təmsil edib. Belə ki, pavilyonda Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Bakı Mühəndislik Universiteti, Naxçıvan Dövlət Universiteti, Sumqayıt Dövlət Universiteti, Qarabağ Universiteti, Xəzər Universiteti, Bakı Ali Neft Məktəbi və Azərbaycan Tibb Universiteti təmsil olunublar.
Ətraf mühitin mühafizəsinə, müxtəlif elm sahələrinə və dayanıqlı inkişafa həsr olunmuş elmi-tədqiqat fəaliyyətləri və praktik-innovativ istiqamətlərdə görülmüş işlər universitetlər tərəfindən nümayiş olunub və iştirakçılara informativ məlumatlar verilib.
Qeyd edək ki, sözügedən konqresdə dünyanın 100-dən çox ölkəsindən 5000-dən artıq nümayəndə təmsil olunur.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
