“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində YT Parkda görüş keçirilib
1 il əvvəl
Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə Yüksək Texnologiyalar Parkında (YT Park) görüş keçirilib. Görüşdə Yüksək Texnologiyalar Parkının rəhbərliyi və inzibati heyəti iştirak edib.
Görüşün əsas məqsədi YT Parkın fəaliyyət modeli ilə tanış olmaq, elm və təhsil sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək və innovasiya ekosistemində ali təhsil və tədqiqat institutlarının daha fəal iştirakına dəstək vermək olub.
Görüş zamanı YT Parkın innovasiya və texnologiya yönümlü fəaliyyəti, elmi tədqiqatların kommersiyalaşdırılması, startaplara dəstək və texnologiya transferi sahəsində görüləcək işlər barədə məlumat verilib, qarşılıqlı fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları sözügedən layihə çərçivəsində keçirilən bu formatlı görüşlərin qarşılıqlı əməkdaşlığa və texnologiya yönümlü potensialın birgə inkişafına töhfə verəcəyini vurğulayıblar.
Görüş çərçivəsində nazirliyin əməkdaşları YT Parkın ümumi ərazisi, infrastrukturu və müasir laboratoriya imkanları ilə də yerində tanış olub, innovasiya fəaliyyətinin təşkili və texniki təminatı barədə ətraflı məlumat alıblar.
Digər xəbərlər
-
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və pedaqoji şuraların fəaliyyətini tənzimləyən əsasnamələr müzakirə olunub
27.11.2026 - 17:31 -
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20 -
Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13 -
Kənan Kərimzadə V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
27.11.2026 - 15:02 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
27.11.2026 - 14:52
