• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Elm və təhsil naziri Hacıqabulda “Son zəng” tədbirlərində iştirak edib

İyunun 14-də elm və təhsil naziri Emin Əmrullayev Hacıqabul rayonunda 10 nömrəli və Muğan qəsəbə tam orta ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində iştirak edib. 
 

Əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
 

Tədbirlərdə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Rəşad Musayev, müəllim və şagirdlər də iştirak ediblər. 

 

“Son zəng” tədbirləri Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Çıxış edən Emin Əmrullayev bu il ölkə üzrə 113 minə yaxın şagirdin məzun olduğunu diqqətə çatdırıb. Onların sırasında “Böyük Qayıdış”la yenidən canlanan işğaldan azad edilmiş torpaqlarımızın məzunlarının da yer aldığını vurğulayıb. 
 

Nazir “Son zəng” ifadəsindəki son anlayışının isə əslində məzunlar üçün yeni başlanğıc olduğunu bir daha xatırladıb və həyatlarının yeni mərhələsində onlara uğurlar arzulayıb. 
 

Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov da öz növbəsində məzunları təbrik edib, onlara uğurlar arzulayıb. 
 

Çıxışlardan sonra tədbir şagirdlərin hazırladıqları “Son zəng” adlı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.
 

Qeyd edək ki, bu il Hacıqabul rayonu 10 nömrəli tam orta ümumtəhsil məktəbinin 16 nəfər, Muğan qəsəbə tam orta ümumtəhsil məktəbinin isə 24 nəfər şagirdi məzun olur.


14.06.2025 - 14:27