“Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib
İyunun 10-da “Qərbi Azərbaycana qayıdış” olimpiadasının final mərhələsi keçirilib. Final mərhələdə 36 nəfər məktəbli iştirak hüququ əldə edib.
İştirakçılara Qərbi Azərbaycan tarixi və mədəniyyətinə dair müxtəlif sahələri əhatə edən suallar təqdim edilib.
Qeyd edək ki, olimpiada Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Qərbi Azərbaycan İcmasının birgə tərəfdaşlığı ilə keçirilir.
IX-X sinif şagirdləri arasında keçirilən olimpiadanın təşkilində əsas məqsəd şagirdlər arasında Qərbi Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, ədəbiyyatı, görkəmli ictimai xadimləri, tarixi şəxsiyyətləri, toponimləri, folkloru haqqında maarifləndirmə işlərini aparmaq və biliklərin dərindən öyrənilməsini təmin etməkdən ibarətdir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
