Elm və Təhsil Nazirliyi ilə “Times Higher Education” reytinq agentliyi arasında ikitərəfli görüş keçirilib
1 il əvvəl
Böyük Britaniyanın London şəhərində keçirilən 21-ci Dünya Təhsil Forumu çərçivəsində elm və təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə “Times Higher Education” beynəlxalq reytinq agentliyinin (THE) rəhbərliyi arasında ikitərəfli görüş keçirilib.
Görüş zamanı Azərbaycan ali təhsil müəssisələrinin THE reytinqlərində cari göstəriciləri və perspektivləri müzakirə olunub.
Eyni zamanda, növbəti aylarda ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək layihələr barədə fikir mübadiləsi aparılıb.
Belə ki, 16-19 iyun tarixlərində THE tərəfindən Türkiyənin İstanbul şəhərində keçiriləcək “Qlobal Davamlı İnkişaf Konqresi”ndə Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin iştirakı və aparıcı universitetlərimizin Azərbaycan pavilyonunda təmsil olunması nəzərdə tutulur.
Əlavə olaraq, 24-25 sentyabr tarixlərində Bakı şəhərində ilk dəfə “Transmilli tədqiqat: Bilikdən qlobal təsirə doğru” mövzusunda keçiriləcək “THE Avrasiya Universitetlərinin Sammiti”nə hazırlıq prosesi müzakirə olunub. Belə ki, sözügedən sammitdə müvafiq sahə üzrə qlobal miqyasda tanınmış 50-dən çox spikerin və 150-ə yaxın qurumu təmsil edən 350-dən çox iştirakçının təmsil olunması gözlənilir.
Digər xəbərlər
-
Nazir müavini Kənan Kərimzadə Səmərqənddə keçirilən “Uşaqların gələcəyinə investisiya” Qlobal Sammitində iştirak edib
23.10.2026 - 12:59 -
“Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
22.10.2026 - 19:40 -
Elm və Təhsil Nazirliyi ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi QHT-lər üçün qrant müsabiqəsi elan edir
22.10.2026 - 16:32 -
Elm və təhsil naziri SABAH proqramının tələbələri ilə görüşüb
22.10.2026 - 09:50 -
Firudin Qurbanov I Ailə Forumunda iştirak edib
21.10.2026 - 19:05
