2025–2026-cı tədris ili üzrə I siniflərə qəbul başladı
Mayın 1-də 2025–2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin I siniflərinə şagird qəbulu prosesinə start verilib. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada aparılır. Təxminən 85 min uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib.
1 may saat 11:00-dan valideynlər üçün şəxsi kabinetin yaradılması və qeydiyyat mərhələsi başlayıb. 6 may tarixindən isə Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi mərhələsi aktiv olacaq.
Tətbiq edilən yeniliyə əsasən bu ildən etibarən şəxsi kabinetə giriş “Digital Login” – Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi vasitəsilə həyata keçirilir.
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:
- 6–20 may – digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi;
- 12–31 may – müsahibələrin keçirilməsi;
- 17 iyun – 12 sentyabr – müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi.
Aşağıdakı tarixlərdə Bakı, Sumqayıt, Gəncə və Abşeronda yerləşən prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək. Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
- Azərbaycan bölməsi üzrə - 6 may, saat 11:00 – 5 iyun
- Digər dillərdə tədris üzrə - 17 iyun, saat 11:00 – 17 iyul
Aşağıdakı təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub və bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq:
- “Ankara məktəbi” məktəb-liseyi
- 160 nömrəli Klassik gimnaziya
- İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi
Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
01.05.2025 - 11:30
Digər xəbərlər
-
“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində universitetlərdə görüşlər keçirilir
03.06.2025 - 10:09 -
Elm və təhsil naziri Daşkəsəndə vətəndaşları qəbul edəcək
02.06.2025 - 17:21 -
Vətəndaş müraciətlərinin statistikası
02.06.2025 - 16:35 -
Xankəndidə “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilib
02.06.2025 - 15:28 -
Qarabağ Universitetində AMEA-nın 80 illiyinə həsr olunmuş elmi konfrans keçirilib
01.06.2025 - 18:31