• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib.

 

Elm və təhsil nazirinin müavini Həsən Həsənli də Azərbaycan Respublikasının nümayəndə heyətinin tərkibində iclasda iştirak edib. 

 

Hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə keçirilən Hökumətlərarası Komissiyanın iclasında həmsədrlər - Birləşmiş Krallığın xidmətlər, kiçik bizneslər və ixrac naziri Qaret Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

 

Azərbaycanın 30-a yaxın dövlət qurumunun təmsil olunduğu iclasda 20-dən çox sahə üzrə görülmüş işlər, həlli vacib məsələlər nəzərdən keçirilib və inkişaf perspektivlərinə dair təqdimatlar edilib. İqtisadiyyatın modernləşdirilməsi/diversifikasiyası üzrə Böyük Britaniya ilə maliyyə və peşəkar xidmətlər, texnologiya, süni intellektin tətbiqi, kiçik və orta sahibkarlıq fəaliyyətinin təşviqi, kibertəhlükəsizlik, elm və təhsil, səhiyyə, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlıq imkanları dəyərləndirilərək, mümkün istiqamətlər müəyyənləşdirilib.

 

İclasda çıxış edən nazir müavini iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə iclas iştirakçılarını məlumatlandırıb. Həsən Həsənli Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında təhsil alan tələbələrin əhəmiyyətli sayını vurğulayaraq Dövlət Proqramları və ikili diplom proqramlarının ölkələr arasında təhsil sahəsində əməkdaşlığın inkişafına verdiyi töhfəni qeyd edib. Bununla yanaşı, elm və təhsil nazirinin müavini çıxışında STEAM təhsili və rəqəmsal qiymətləndirmə üzrə əməkdaşlıq imkanlarının araşdırılması, elmi və ali təhsil müəssisələri arasında əməkdaşlığın inkişaf etdirilməsi kimi bir sıra mühüm məsələlərə toxunub. 
 

Yekunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Komissiyanın 8-cı iclasının 2026-cı ildə Bakı şəhərində keçirilməsinə qərar verilib.


01.05.2025 - 09:30