2025-2026-cı tədris ili üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna start verilir
2025-2026-cı tədris ili üçün "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə sənəd qəbuluna aprelin 10-dan start verilir. Sənəd qəbulu üçün son tarix 15 iyun 2025-ci il saat 23:59-dur.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üçün 29 dekabr 2024-cü il tarixində elan olunmuş Dövlət Proqramı çərçivəsində prioritet ixtisas sahələrinə uyğun nüfuzlu xarici ali təhsil müəssisələrinin siyahısı yenilənmişdir. Hər il olduğu kimi bu il də namizədlər "Times Higher Education", "QS World University Rankings" və “Academic Ranking of World Universities (Shanghai)” reytinq sistemində "universitetlər üzrə top 10"da yer almış ali təhsil müəssisələri tərəfindən təqdim olunan istənilən ixtisas sahəsi üzrə əldə etdikləri qəbul sənədləri əsasında Dövlət Proqramına müraciət edərək müsabiqədə iştirak edə bilərlər.
Müvafiq elanla keçiddən tanış olmaq mümkündür.
1 il əvvəl
Digər xəbərlər
-
Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edəcək
02.10.2026 - 17:19 -
“Danışır təcrübə” layihəsinin növbəti görüşünün qonağı Bahar Muradova olub
02.10.2026 - 15:01 -
Dövlət dəstəyi ilə seçilmiş özəl bağçalarda tədrisə başlanılıb
01.10.2026 - 16:35 -
Türkiyənin Ali Təhsil Şurasının sədri Türkiyə–Azərbaycan Universitetini ziyarət edib
01.10.2026 - 10:18 -
Müdafiə sənayesi üzrə ali təhsil, kadr hazırlığı, elmi-tədqiqat və texnologiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb
30.09.2026 - 21:18
