“Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib
Aprelin 2-də “Təhsil oyunları platforması” layihəsi çərçivəsində şagirdlər arasında “Nə? Harada? Nə zaman?” oyunu üzrə respublika çempionatı keçirilib.
İki mərhələdən ibarət olan çempionatın ilkin seçim turu onlayn formatda həyata keçirilib.
Final mərhələsində Bakı, Sumqayıt, Ucar, Quba, Lənkəran, Astara, Saatlı, İsmayıllı, Goranboy, Şəki, Şirvan, Gəncə, Balakən, Ağdam, Cəbrayıl məktəblilərindən ibarət 39 komanda iştirak edib.
Finalçılara 3 tur olmaqla ümumilikdə 36 sual təqdim edilib. Final oyunun nəticələrinə əsasən, VI-IX sinif şagirdləri arasından Saatlı rayonu Əlisoltanlı kənd tam orta məktəbinin “Birlik” komandası I, Quba rayonu Alekseyevka kənd tam orta məktəbinin “Second RT team” komandası II, Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyinin “Golden Humanitar” komandası isə III yerə layiq görülüb.
X-XI sinif şagirdləri arasında keçirilən yarışda isə Bakı şəhəri 287 nömrəli “Zəkalar” liseyinin "Zəkalar Sr" komandası I, Şirvan şəhəri 1 nömrəli tam orta məktəbi “Moonlight” komandası II, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyasının “Dahilər” komandası III yerə layiq görülüb.
Qalib komandalar kubok, medal, diplom və hədiyyələrlə təltif ediliblər.
Qeyd edək ki, 2020-ci ildən Elm və Təhsil Nazirliyinin təşkilatçılığı və Kapital Bankın dəstəyi ilə “Təhsil oyunları platforması” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” oyunu keçirilir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
