Nazir müavini Firudin Qurbanov Ağalı və Cəbrayılda tədris prosesi ilə tanış olub
Martın 7-də elm və təhsil nazirinin müavini Firudin Qurbanov Zəngilan rayonu Ağalı kənd tam orta məktəbi və Ağalı kənd körpələr evi-uşaq bağçasında olub.
Məktəbdəki mövcud şəraitlə tanış olan Firudin Qurbanov tədris prosesini izləyib, şagird və müəllimlərlə səmimi söhbət aparıb.
Daha sonra Ağalı kənd körpələr evi-uşaq bağçasında təlim-tədris prosesinin gedişatı ilə tanış olan nazir müavini görüşlər zamanı müəllim və şagirdlərin təklif və fikirlərini dinləyib, qarşıdakı məqsədlər müzakirə olunub.
Səfər çərçivəsində 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Laçın, Zəngilan və Cəbrayılda fəaliyyət göstərən məktəb və körpələr evi-uşaq bağçalarında çalışan qadın təhsil işçiləri ilə görüş keçirilib.
Nazir müavini qadınların təhsil və elm sahələrindəki uğurlu fəaliyyətlərindən bəhs edib, onları təbrik edərək xoş arzularını çatdırıb.
Görüşün sonunda yüksək nailiyyətlərinə, səmərəli fəaliyyətlərinə görə seçilən təhsilverənlər təşəkkürnamə ilə təltif olunublar.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
