Nazir təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən tələbə ilə görüşüb
Martın 7-də Elm və Təhsil Nazirliyində Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına verilən təhsil kreditləri üzrə 50 000-ci müqaviləni rəsmiləşdirən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialının 4-cü kurs tələbəsi Ləman Pənahova ilə görüş keçirilib.
Əvvəlcə Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri Bəhruz Əzimov Fondun 3 illik fəaliyyəti, əldə olunan nəticələr, eləcə də əlaçı tələbələrə geri ödənişlər zamanı edilən güzəştlərlə bağlı təqdimatla çıxış edib.
Daha sonra elm və təhsil naziri Emin Əmrullayev Fondun təhsilin əlçatanlığı və ölkənin ali təhsil sistemindəki rolunun vacibliyindən danışaraq qurumun bu istiqamətdə vətəndaşların sosial rifahına töhfə verdiyini qeyd edib.
Ləman Pənahova da öz növbəsində təhsil kreditlərinin regionlarda onun kimi təhsil alan tələbələrin, xüsusilə də gənc qızların təhsilə çıxış imkanlarının artırılması baxımından əhəmiyyətini vurğulayaraq təşəkkürünü bildirib.
Sonda Ləman Pənahovaya təşəkkürnamə təqdim edilib, xatirə fotosu çəkilib.
07.03.2025 - 15:46
Digər xəbərlər
-
Ulu öndər Heydər Əliyevin 102 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2025 - 18:00 -
Fəxri xiyaban ziyarət edilib
08.05.2025 - 14:22 -
Nazir müavini "Sən elə bir zirvəsən" adlı tədbirdə iştirak edib
08.05.2025 - 13:00 -
ADNSU-da Vyetnamın ilk Prezidenti Ho Şi Minin 135 illiyinə həsr edilmiş Memorial otağın açılışı olub
08.05.2025 - 12:10 -
“Sən elə bir zirvəsən” respublika ifa müsabiqəsinin yekun konserti keçirilib
08.05.2025 - 11:10