Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir
1 il əvvəl
Martın 4-də Bakı İdman Sarayında Qazaxıstan universitetlərinin təhsil sərgisinin rəsmi açılış mərasimi baş tutub.
Sərgi Qazaxıstanın elm və ali təhsil naziri Sayasat Nurbekin rəhbərliyi ilə həmin ölkənin bir qrup ali təhsil müəssisəsinin rektorlarından ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində təşkil edilib. Sərginin əsas məqsədi Qazaxıstan universitetlərini Azərbaycan ictimaiyyətinə tanıtmaq və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığı gücləndirməkdir.
Təhsil sərgisinin açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev və Qazaxıstanın elm və ali təhsil naziri Sayasət Nurbek çıxış edərək sərgi iştirakçılarına uğurlar arzu ediblər. Çıxışlarda elm və ali təhsilin beynəlmiləlləşməsi istiqamətində Azərbaycan və Qazaxıstan arasında əməkdaşlıq əlaqələrinin artan inkişafı barədə danışılıb, sərginin Qazaxıstan və Azərbaycan arasındakı təhsil əlaqələrinə müsbət təsir göstərəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, iki gün davam edəcək təhsil sərgisində Qazaxıstan Respublikasının 20-dən çox ali təhsil müəssisəsi iştirak edir. Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə məlumat əldə etmək mümkündür. Sərgidə iştirak ödənişsizdir.
Məlumat üçün bildirək ki, hazırda Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Qazaxıstanda Azərbaycan vətəndaşları üçün bakalavriat, magistratura və doktorantura səviyyələrində tam təqaüdlü təhsil almaq imkanları mövcuddur.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
