Tələbələr üçün beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi başlayır!
1 il əvvəl
"Bir Könüllü" Tələbə Təşkilatı və "Strateji Düşüncə" Tələbə Diplomatiya Mərkəzinin birgə təşəbbüsü ilə 25-30 mart 2025-ci il tarixlərində Nabranda beynəlxalq münasibətlər və diplomatiya üzrə yaz məktəbi təşkil ediləcək.
Yaz məktəbinin keçirilməsində məqsəd tələbə və məzunların beynəlxalq münasibətlər, diplomatiya və qlobal siyasət sahəsində bilik və bacarıqlarını inkişaf etdirmək, eləcə də onları analitik və strateji düşünməyə təşviq etməkdir.
Proqram çərçivəsində iştirakçılar siyasi və iqtisadi məsələləri təhlil etmək, gələcək prosesləri proqnozlaşdırmaq və interaktiv müzakirələrdə iştirak etmək imkanı əldə edəcəklər.
Yaz məktəbi çərçivəsində iştirakçılar üçün yüksək ixtisaslı mütəxəssislər tərəfindən mühazirə, seminar və təlimlər təşkil olunacaq. Bununla yanaşı, onların asudə vaxtlarını daha səmərəli keçirmələri üçün müxtəlif idman tədbirləri və intellektual yarışlar da nəzərdə tutulub.
Yaz məktəbində iştirak üçün siyasi elmlər, beynəlxalq münasibətlər, hüquq, beynəlxalq hüquq, regionşünaslıq və dövlət idarəçiliyi, ictimai siyasət ixtisaslarında bakalavriat səviyyəsi üzrə təhsil alan sonuncu kurs tələbələri, eləcə də qeyd olunan sahələr üzrə magistratura və doktorantura tələbələri müraciət edə bilərlər. Həmçinin son illərdə həmin ixtisaslardan məzun olmuş gənc peşəkarlar, yaz məktəbinin mövzusu üzrə beynəlxalq təlim və seminarlarda iştirak etmiş, eləcə də yerli və xarici təşkilatlarda təcrübə keçmiş şəxslər də iştirak üçün qeydiyyatdan keçə bilərlər.
İngilis dili üzrə səlis danışıq və yazı qabiliyyəti olan namizədlərə daha çox üstünlük veriləcək.
Tələblərə cavab verən və iştirak etmək istəyən namizədlər aşağıdakı link vasitəsilə 9 mart tarixinədək qeydiyyatdan keçə bilərlər: https://forms.gle/DGGsZ9D1PY5gruNX8
Qeydiyyatdan keçən namizədlər seçim mərhələsində ingilis dilində müsahibəyə dəvət olunacaqlar.
Digər xəbərlər
-
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və pedaqoji şuraların fəaliyyətini tənzimləyən əsasnamələr müzakirə olunub
27.11.2026 - 17:31 -
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20 -
Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13 -
Kənan Kərimzadə V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
27.11.2026 - 15:02 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
27.11.2026 - 14:52
