Nazir Türkiyədə təhsil alan azərbaycanlı doktorantlarla görüşüb
Elm və təhsil naziri Emin Əmrullayev Türkiyəyə səfəri çərçivəsində bu ölkədə doktorantura təhsili alan azərbaycanlı tələbələrlə görüşüb.
İstanbul Texniki Universitetində baş tutan görüşdə Emin Əmrullayev ölkəmizdə ali təhsil sistemində son ildə baş vermiş dəyişikliklər, xüsusilə Qarabağ Universiteti və Türkiyə-Azərbaycan Universitetinin yaradılması, xaricdə təhsil proqramının müddətinin 2028-ci ilədək uzadılması və digər məsələlər barədə məlumat verib.
Nazir bildirib ki, indi xaricdə doktorantura təhsili almaq istəyən gənclərimiz üçün yaxşı fürsətlər yaranıb.
Görüş çərçivəsində Emin Əmrullayev tələbələri maraqlandıran sualları cavablandırıb, doktorant tələbələrin akademik və elmi fəaliyyəti ilə bağlı imkanlar müzakirə edilib.
Nazir gənclərimizi təhsillərini bitirdikdən sonra ölkəmizin ali təhsil mühitinə töhfə verməyə çağırıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
