Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrə oyunlarına start verilib
1 il əvvəl
Ali təhsil müəssisələrinin tələbələri arasında futzal üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümündə II dövrənin ilk oyunları keçirilib.
Liqanın A qrupunda mübarizə aparan Azərbaycan İdman Akademiyası və Bakı Mühəndislik Universitetinin komandalarının qarşılaşması olub. Oyun Azərbaycan İdman Akademiyasının komandasının 5:0 qələbəsi ilə bitib. Daha sonra keçirilən oyunlarda Bakı Dövlət Universiteti - Azərbaycan Dövlət İqtisad Universiteti 4:0, Azərbaycan Texniki Universiteti - Azərbaycan Memarlıq və İnşaat Universiteti heç-heçə başa çatıb.
Liqanın B qrupunda Azərbaycan Dövlət Neft və Sənaye Universiteti Azərbaycan Kooperasiya Universitetini 5:0, Azərbaycan Tibb Universiteti Azərbaycan Dövlət Pedaqoji Universitetini 3:0, Milli Aviasiya Akademiyası Bakı Slavyan Universitetini 8:0 hesabla məğlub edib.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi və Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
Liqanın keçirilməsində məqsəd ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növünün təbliğ edilməsi, onlar arasında perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması, tələbələrdən ibarət futzal üzrə yığma komandanın formalaşdırılmasından ibarətdir.
Azərbaycan Texniki Universitetinin idman kompleksində 12 ali təhsil müəssisəsinin komandalarının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq.
Digər xəbərlər
-
Peşə təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri və pedaqoji şuraların fəaliyyətini tənzimləyən əsasnamələr müzakirə olunub
27.11.2026 - 17:31 -
“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” respublika müsabiqəsinə yekun vurulub
27.11.2026 - 17:20 -
Uşaqlar və yol təhlükəsizliyi üzrə birgə maarifləndirmə tədbirləri davam edir
27.11.2026 - 16:13 -
Kənan Kərimzadə V Yubiley Aqrar Startaplar və İnnovasiya Forumunda iştirak edib
27.11.2026 - 15:02 -
Elm və təhsil naziri Ağstafada vətəndaşları qəbul edib
27.11.2026 - 14:52
