• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfransda iştirak edib

Fevralın 13-də Bakı Slavyan Universitetində (BSU) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Qərbi Azərbaycan tədqiqatlarda: çağırışlar və perspektivlər” mövzusunda elmi konfrans keçirilib.


Tədbirdə  elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli, ali təhsil müəssisələrinin rektorları, tanınmış alimlər, tədqiqatçılar, eləcə də universitet rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.


Əvvəlcə BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzi ilə tanışlıq olub. Daha sonra tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

 

Konfransın açılışında çıxış edən BSU-nun rektoru Anar Nağıyev universitetin elmi-tədqiqat fəaliyyətində Qərbi Azərbaycan məsələsinin prioritet istiqamətlərdən biri olduğunu vurğulayıb. Rektor əlavə edib ki, BSU-da Qərbi Azərbaycan irsinin araşdırılması və təbliği məqsədilə elmi tədbirlər təşkil edilir, elmi nəşrlər hazırlanır, beynəlxalq akademik əməkdaşlıq genişləndirilir. Həmçinin müvafiq fənlər tədris proqramına daxil edilib. 

 

Daha sonra elm və təhsil nazirinin müavini Firudin Qurbanov “Təhsilin pillə və səviyyələrində Qərbi Azərbaycan” mövzusunda məruzə ilə çıxış edib. O qeyd edib ki, uzun illər Qərbi Azərbaycanın tarixi yetərincə araşdırılmayıb. Lakin son dövrlərdə bu sahədə fundamental tədqiqatlar aparılır, yeni əsərlər işıq üzü görür. 

 

Firudin Qurbanov bildirib ki, Elm və Təhsil Nazirliyində Qərbi Azərbaycanla bağlı xüsusi işçi qrup yaradılıb. Bu mövzu tədris proqramlarına artıq daxil edilib. Əsas məqsəd Qərbi Azərbaycanın tarixi həqiqətlərini gələcək nəsillərə çatdırmaqdır.

 

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli öz növbəsində “Qərbi Azərbaycana aid dövlət siyasəti” mövzusunda çıxış edərək BSU-da yaradılan Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin fəaliyyətini yüksək qiymətləndirib və icma tərəfindən bu sahədə lazımi materialların mərkəzə təqdim olunacağını bildirib.

 

Konfransda çıxış edən digər qonaqlar Qərbi Azərbaycan mövzusunun akademik və ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər.

 

Konfrans çərçivəsində “Qərbi Azərbaycanda məktəb və təhsil”, “Qərbi Azərbaycan elmi tədqiqatlarda”, “Qərbi Azərbaycana qayıdış konsepsiyası” və digər mövzularda məruzələr dinlənilib.

 

Eyni zamanda Qərbi Azərbaycanla bağlı aparılan yeni elmi araşdırmaların təqdimatı keçirilib. Filologiya üzrə fəlsəfə doktorları Könül Həsənova və Cəlal Allahverdiyevin "Tarixi təhsil ocağı: İrəvan Azərbaycanlı Pedaqoji Məktəbi" adlı kitabı ictimaiyyətə təqdim edilib. 

 

Konfrans elmi diskussiyalar və geniş müzakirələrlə davam etdirilib.


13.02.2025 - 15:00