Apellyasiya Şurasının iclası keçirilib
Yanvarın 30-da elm və təhsil nazirinin müavini, nazirliyin Apellyasiya Şurasının sədri Firudin Qurbanovun rəhbərliyi ilə şuranın növbəti iclası keçirilib.
İclasda Elm və Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin Beynəlxalq əlaqələr sektorunun böyük məsləhətçisi vəzifəsinə namizəd Günay Cəfərzadənin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Aysel Səmədzadənin, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd German Xancanovun müsahibə nəticələri ilə əlaqədar şikayətlərinə baxılıb.
İclasda müsahibə komissiyası üzvlərinin təqdim etdiyi məlumat və videogörüntülər əsasında şikayətlər araşdırılıb, 2 şikayətin təmin edilməsi və 1 şikayətin təmin edilməməsi barədə qərarlar qəbul olunub.
Eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən rayonu üzrə təhsil sektorunun aparıcı məsləhətçisi vəzifəsinə namizəd Vüqar Səfərbəyov və Gülər Vəlmuradova, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Maliyyə-iqtisadiyyat sektorunun baş məsləhətçisi vəzifəsinə namizəd Nuranə Zülfüqarova ərizələrinin baxılmamış saxlanılması ilə bağlı Apellyasiya Şurasına müraciət edib və qeyd olunan müraciətlər üzrə icraata xitam verilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
