İlk dəfə 2 universitetimiz "Şanxay reytinqi"ndə TOP 500-də yer alıb
1 il əvvəl
Dünyanın ən nüfuzlu reytinqlərindən biri hesab olunan “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən “Akademik Fənlərin Qlobal Reytinqi” dərc olunub. Azərbaycan ilk dəfə sözügedən reytinqdə riyaziyyat fənni üzrə 2 universitetlə təmsil olunur.
Belə ki, Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.
Azərbaycan bu reytinqdə riyaziyyat fənni üzrə Cənubi Qafqaz regionunu təmsil edən yeganə ölkədir.
Qeyd edək ki, “Akademik Fənlərin Qlobal Reytinqi”ndə təbiət elmləri, mühəndislik, həyat elmləri, tibb elmləri və sosial elmlər daxil olmaqla 5 geniş sahə və 55 fənn üzrə dünyanın 96 ölkəsindən 1900-dən çox universitet yer alır. Bu reytinq müvafiq fənlər üzrə dünya universitetlərinin fəaliyyətini 5 kateqoriyaya (dünya səviyyəli akademik heyət, dünya səviyyəli elmi göstəricilər, yüksək keyfiyyətli tədqiqat, tədqiqat təsiri və beynəlxalq əməkdaşlıq) əsasən qiymətləndirir.
Digər xəbərlər
-
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40 -
“BilBacar” müsabiqəsinə qeydiyyat başlayır
04.11.2026 - 15:48 -
“BilBacar” müsabiqəsi yenidən başlayır!
03.11.2026 - 16:58 -
Nazir müavini Firudin Qurbanov Tərtər rayonuna səfər edib
02.11.2026 - 18:30 -
Azərbaycan Tələbə Liqasının 2026/2027 mövsümünə start verilib
02.11.2026 - 12:50
