"Dövlət satınalmaları haqqında yeni qanun: bir ilin təcrübəsi və çıxarılmış dərslər" mövzusunda təlim keçirilib
Dekabrın 21-də Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə "Dövlət satınalmaları haqqında yeni qanun: bir ilin təcrübəsi və çıxarılmış dərslər" mövzusunda təlim keçirilib.
Təlimin keçirilməsində əsas məqsəd dövlət satınalmalarına dair yeni qanunda nəzərdə tutulmuş məsələlərin düzgün icrası istiqamətində iştirakçıların bilik və bacarıqlarının artırılması olub.
Təlimdə Elm və Təhsil Nazirliyinin, nazirliyin strukturuna daxil və tabeliyində olan qurumların, eləcə də yerli təhsili idarəetmə orqanlarının satınalmalarla məşğul olan əməkdaşları iştirak ediblər.
Təlimdə açılış nitqi ilə çıxış edən nazirliyin Aparat rəhbəri Mətin Kərimli dövlət satınalmalarının qurumun fəaliyyətindəki əhəmiyyətini vurğulayaraq yeni qanunun obyektivlik və şəffaflığın daha da artırılmasına zəmin yaratdığını qeyd edib və təlim iştirakçılarına uğurlar arzulayıb.
Təlimdə dövlət satınalmaları sahəsində ixtisaslaşmış təlimçi Elşən Həsənov iştirakçılarla praktiki bilik və təcrübəsini bölüşüb, mövcud qanunun tətbiqi və nəticələrinə dair məlumatlar verib.
Təlim çərçivəsində informativ sessiyalar təşkil edilib, eyni zamanda əldə edilən biliklərin tətbiqini təmin etmək və iştirakçıların praktiki bacarıqlarını inkişaf etdirmək üçün təcrübi məşğələlər keçirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
