• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini “Yaşıl gələcəyə könül ver” mövzusunda görüşdə iştirak edib

Dekabrın 18-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və Gənclər Fondunun əməkdaşlığı ilə “Yaşıl gələcəyə könül ver” mövzusunda görüş keçirilib. 

Görüşdən əvvəl könüllülər tərəfindən musiqi nömrələri nümayiş etdirilib və süni intellekt vasitəsi ilə hazırlanmış şəkillərdən ibarət sərgiyə baxış keçirilib. 

Görüş Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra ulu öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Daha sonra Pantomima teatrının aktyorlarının ifasında ətraf mühitin qorunması ilə bağlı mesajları özündə əks etdirən tamaşa izlənilib.

Tədbir çərçivəsində könüllülərin fəaliyyətini əks etdirən və COP29 konfransı ilə bağlı təəssüratlarından ibarət videoçarxlar nümayiş etdirilib.  

Görüşdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova könüllü gənclərin COP29 fəaliyyətinə böyük həvəs və şövqlə qatıldıqlarını vurğulayıb, onların bu prosesə hərəkətverici qüvvə kimi töhfə verməyə çalışdıqlarını dilə gətirib.  

Komitə tərəfindən artıq bir neçə ildir ki, “Ailəm könüllüləri” layihəsinin həyata keçirildiyini bildirən sədr, könüllü proqramlarının əldə edilən bütün nailiyyətlərin əsas tərkib hissələrindən biri olduğunu qeyd edib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında təbiətin mühafizəsi, flora və faunanın, eləcə də biomüxtəlifliyin qorunması, sağlam qidalanmanın təmin edilməsi, sudan qənaətlə və səmərəli istifadənin önəmini vurğulayıb. Nazir müavini inkişaf etmiş ölkələrdə texnologiya və sənayenin yüksək inkişafının fəsadları haqqında da məlumat verib. Bildirib ki, insanlarda ekoloji mədəniyyət formalaşdırmaq lazımdır. Təhsil sistemində bu sahəyə xüsusi diqqət ayrılmalıdır. Yalnız ekoloji tərbiyə və ekoloji mədəniyyətin gücü ilə bilikli və təhsilli gənclik sayəsində bu mənfi təsirlərin həcmini azaltmaq olar. 

Gənclər və idman nazirinin müavini İndira Hacıyeva COP29 konfransı çərçivəsində gənclərin aktiv fəaliyyətini xüsusilə vurğulayaraq onların keçirilən tədbirlərə verdiyi mühüm töhfələri qeyd edib. Nazir müavini bildirib ki, biz gələcəyimizi daha optimist və uğurlu görmək üçün təbiəti, suyu, ekoloji tarazılığı qorumalıyıq.  İnsan fəaliyyəti daha çox elmə və biliyə əsaslanmalıdr. Çünki düşünülməmiş və elmə əsaslanmamış hər bir addım ağır nəticələrə səbəb ola bilər. Gənclərin bu haqda düşünməsi, siyasi iradə sərgiləməsi, fərdlərin davranış tərzi olduqca vacibdir. 

Çıxış edən səhiyyə nazirinin müavini Nadir Zeynalov iqlim dəyişikliyinin insan sağlamlığına təsirlərindən danışıb. Nadir Zeynalov qeyd edib ki, iqlim dəyişikliyinin dolayı yolla su və qida ehtiyatlarının, sanitariya imkanlarının azalmasına və nəticədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olur. Nazir müavini könüllü gənclərin bu sahədə maarifləndirmə işində və ümumi məlumatlılıq səviyyəsinin artırılmasında mühüm rol oynaya biləcəklərini vurğulayıb.

Çıxış edən Milli Məclisin deputatı, COP29 iqlim çempionu Nigar Arpadarai Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu Sessiyasında könüllülərin aktiv fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycanda könüllülük fəaliyyətinin artıq ənənə halını aldığını vurğulayaraq ildən-ilə könüllülərin təşkilatçılığa daha çox cəlb olunduğunu, kommunikasiya bacarıqları ilə daha peşəkar yanaşmalarının müşahidə olunduğunu qeyd edib. 

Çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev bildirib ki, keçirilən tədbirlərdə Azərbaycan könüllülərinin təkcə izləyici kimi deyil, iştirakçı qismində çıxış etməsi sevindirici haldır. Bu, dövlətimizin, dövlət başçısının gəncliyimizə verdiyi dəyərin və gənclərimizin də bu qayğını hiss etməsinin nəticəsidir. 

Çıxışlardan sonra könüllülər tərəfindən dövlət rəsmilərinə ünvanlanan suallar cavablandırılıb.

Davamında görüşü təşkil edən qurumların könüllü təşkilatlarının ətraf mühitin mühafizəsinə dair əməkdaşlıq razılaşması səsləndirilib.

Yekunda ailə fotosu çəkilib.


18.12.2024 - 19:00