Nazirliyin rəsmiləri dördüncü Azərbaycan Karyera İnkişaf Forumunda iştirak edib
Dekabrın 19-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə dördüncü Azərbaycan Karyera İnkişaf Forumu keçirilib.
“Bu günün təcrübəsindən sabahın çağırışlarına!” devizi ilə təşkil olunan Forumun məqsədi karyera inkişafı üzrə ölkədə və dünyada olan uğurlu nəticələr, qlobal trendlər və müasir yanaşmalar, təhsildə effektiv öyrənmə və öyrətmə mexanizmlərinin qurulması üçün əsas meyarlar, əmək bazarında tələb olunan bacarıqların əhəmiyyəti və inkişafı yollarını müzakirə etmək olub.
Forumda elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov, Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Təhsil Tələbə Krediti Fondunun İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov da iştirak ediblər.
Forumun açılışında çıxış edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycanda həyata keçirilən dövlət siyasətinin mərkəzində vətəndaş rifahının dayandığını, hər bir ölkədə insan rifahında ən önəmli faktorun məşğulluğun təminatı olduğunu qeyd edib. Nazir məşğulluğun təminatı prosesində əsas istiqamətlərdən birinin insan resurslarının daim güclənən milli iqtisadiyyata, daim dəyişən əmək bazarının tələblərinə uyğun olaraq inkişaf etdirilməsi olduğunu bildirib.
Nazir Forumun işinə uğurlar arzulayıb, bu tədbirin müsbət nəticələr verəcəyinə əminliyini ifadə edib.
Daha sonra Azərbaycan Karyera İnkişaf Forumunun hesabat videosu yayımlanıb.
Sonra Forumun rəsmi panel sessiyası başlayıb.
Agentliyin İdarə Heyətinin sədri Sadiq Əliyevin moderatoru olduğu paneldə spikerlər əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev, gənclər və idman naziri Fərid Qayıbov, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov əmək bazarının hazırkı vəziyyəti, təhsildə effektiv öyrənmə mexanizmləri və inkişaf yolları ilə bağlı çıxışlar edib, sualları cavablandırıblar.
Forumda “Təhsildən karyeraya: Gələcəyin innovativ həlləri”, “İnnovasiya, əməkdaşlıq və qlobal mobillik” və “İnsan kapitalının inkişafı və təşkilati mədəniyyət” adlı panellər üzrə yerli və xarici spikerlərin iştirakı ilə müzakirələr də keçirilib.
19.12.2024 - 18:30
Digər xəbərlər
-
Nazir müavini nazirlik və tabe qurumların kommunikasiyaya məsul əməkdaşları ilə görüşüb
17.04.2025 - 18:00 -
“Arzulara qanad verək” adlı qanvermə aksiyası keçirilib
17.04.2025 - 17:30 -
Elm və təhsil nazirinin Sabirabaddakı vətəndaş qəbulunun vaxtı dəyişdirilib
16.04.2025 - 14:07 -
Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant proqramı yenidən təşkil ediləcək
15.04.2025 - 15:35 -
Vətəndaş müraciətlərinin statistikası
15.04.2025 - 15:00