• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Fövqəladə hallar uşaqların gözü ilə” XII respublika uşaq yaradıcılıq müsabiqəsinin qalibləri mükafatlandırılıblar

Dekabrın 18-də Fövqəladə Hallar Nazirliyi və Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş “Fövqəladə hallar uşaqların gözü ilə" XII respublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olub.
 

Tədbirdə fövqəladə hallar naziri Kəmaləddin Heydərov, gənclər və idman naziri Fərid Qayıbov, elm və təhsil nazirinin müavini Həsən Həsənli, Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsirov, Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov, müsabiqə qalibləri və digər qonaqlar iştirak ediblər. 
 

Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.
 
Daha sonra müsabiqənin seçilmiş işlərindən ibarət sərgi ilə tanışlıq olub.  
 

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 
 

Çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov fövqəladə hallarla bağlı zəruri təhlükəsiz davranış qaydaları barədə bilik və vərdişlərə məhz kiçik yaşlardan, məktəb illərindən yiyələnməyin cəmiyyətdə ümumi təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını vurğulayıb. 
 

Bu çərçivədə “Fövqəladə hallar uşaqların gözü ilə” respublika uşaq yaradıcılıq müsabiqəsinin əhəmiyyətindən danışan nazir məktəblilər arasında böyük maraq qazanmış müsabiqənin qaliblərini təbrik edib, onlara yeni uğurlar arzulayıb.
 

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov müsabiqənin istedadlı uşaqların üzə çıxarılması, onların fövqəladə hallar sahəsində biliklərinin artırılması və hərtərəfli inkişafına müsbət təsir göstərdiyini bildirib, qalibləri təbrik edib. 
 

Daha sonra çıxış edən elm və təhsil nazirinin müavini Həsən Həsənli və Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifəsini müvəqqəti icra edən Qədir Xəlilov müsabiqədə qalib gələn uşaqları təbrik edib, onların fövqəladə hallarla bağlı zəruri bilik və bacarıqlara yiyələnməsində, təhlükəsiz həyat fəaliyyəti mədəniyyətinin formalaşdırılmasında müsabiqənin rolunu vurğulayıblar.

Sonra qaliblərə fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub.

Tədbir bədii hissə ilə davam etdirilib.

Qeyd edək ki, ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdikləri yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli və yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib.

Müsabiqənin yekununda 25 nəfər birinci, 25 nəfər ikinci, 58 nəfər üçüncü yerə, 80 nəfər isə həvəsləndirici mükafata layiq görülüb.


17.12.2024 - 17:00