Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Nazir müavini İdris İsayev Hacıqabulda olub

Dekabrın 17-də elm və təhsil nazirinin müavini İdris İsayev Hacıqabul rayonunda olub. 

Əvvəlcə Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov və Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edən Vüqar Dadaşovla birgə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Səfər zamanı İdris İsayev Hacıqabul şəhər 10 və 5 nömrəli tam orta məktəblərə baş çəkib. Sözügedən təhsil müəssisələrində yaradılmış şəraitlə tanış olan nazir müavini müəllim və şagird kollektivi ilə də görüşüb, onların təkliflərini dinləyib və öz tövsiyələrini verib. Nazir müavini Hacıqabul şəhərində yerləşən 2 nömrəli “Gündüz” körpələr evi-uşaq bağçasında da təlim-tərbiyə prosesini izləyib.      

Daha sonra İdris İsayev ümumi və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirib. 

Görüş Şirvan-Salyan Regional Təhsil İdarəsinin fəaliyyətini əks etdirən təqdimatla başlayıb. 

Görüş çərçivəsində Hacıqabul rayonu üzrə ümumi təhsil müəssisələrinin IV-VI siniflərində aparılan monitorinqlər, IX-XI siniflərinin buraxılış imtahanlarının nəticələri, STEAM, "Rəqəmsal bacarıqlar" və "Peşə təmayüllü siniflər" layihələrinin tətbiqi və tədrisi məsələləri müzakirə olunub.  

Nazir müavini təhsil müəssisələrinin idarə olunması və təşkili ilə bağlı əsas hədəflər, təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər barədə ətraflı danışıb, təhsil işçiləri ilə söhbət aparıb və onların təkliflərini dinləyib.      

Səfər çərçivəsində nazir müavini vətəndaş qəbulu da keçirib. Qəbul zamanı vətəndaşlar tərəfindən işlə təmin olunma və digər mövzularla bağlı müraciətlər edilib. İdris İsayev hər bir müraciətin operativ şəkildə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli üçün müvafiq tapşırıqlar verib.


1 il əvvəl