• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

“Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib

Dekabrın 4-də “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfrans keçirilib. 
 

Konfrans Elm və Təhsil Nazirliyi və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşkilatçılığı, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Təhsil İnstitutunun tərəfdaşlığı ilə baş tutub. 
 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov, millət vəkilləri, nazirliyin struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları,  regional təhsil idarələrinin əməkdaşları, məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri, eləcə də Böyük Britaniya və Finlandiyadan olan məruzəçilər və yerli mütəxəssislər iştirak ediblər. 
 

Açılış nitqi ilə çıxış edən  TKTA-nın İdarə Heyətinin sədri Tural Əhmədov qonaqları salamlayaraq 1-5 yaşlı uşaqların layiqli vətəndaş kimi formalaşmasında keyfiyyətli məktəbəqədər təhsilin önəmindən danışıb. Tural Əhmədov 2023-2024-cü illərdə 150 məktəbəqədər təhsil müəssisəsində keyfiyyət monitorinqlərinin keçirildiyini bildirib və daxili keyfiyyətin təmin olunması məqsədilə müəssisə rəhbərləri ilə təşkil edilmiş mentorluq proqramı barədə ətraflı məlumat verib.
 

Daha sonra elm və təhsil naziri Emin Əmrullayev çıxışında dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda təsbit olunmuş məktəbəqədər təhsilin nəticəyönümlü və ölçüləbilən hədəfləri barədə danışıb. Bu sahədə əhatəliliyin təmin olunması məqsədilə son illər həyata keçirilən işlərdən söz açan Emin Əmrullayev məktəbəhazırlıq qruplarının da əhəmiyyətini vurğulayıb və 1 illik proqramda iştirakın məktəbə daha hazırlıqlı başlamağa müsbət təsir etdiyini qeyd edib. Həmçinin, nazir erkən təhsil pilləsinin insan həyatına əsaslı təsiri və məktəbəqədər təhsilin inkişaf dairəsinin genişləndirilməsi istiqamətində yeni modellər və gələcək planlara dair məlumat verib. 
 

Elm və təhsil naziri çıxışının sonunda məktəbəqədər təhsil müəssisələrində keyfiyyət təminatını artırmaq üçün sertifikatlaşdırma prosesinin tətbiq ediləcəyini istisna etməyib. 
 

Digər çıxışlardan sonra konfrans “Məktəbəqədər təhsildə yaşıl nümunələr və oyunəsaslı öyrənmə” və “Məktəbəqədər təhsildə davamlı keyfiyyət və onun idarə olunması” panelləri ilə davam etdirilib. 
 

Panellərdə "Kindred" Erkən İnkişaf Fondunun direktoru, "Ofsted" -Təhsil, uşaqlara xidmət və bacarıqlar üzrə standartlar ofisinin İdarə Heyətinin üzvü, Böyük Britaniyanın Təhsil departamentinin məsləhətçisi Felesiti Gilespi, "Təbiətdə öyrənirəm”in rəhbəri, təbiət pedaqogikası üzrə təlimçi Qaye Amus, Vaşinqton Universitetinin asistent professoru Aytəkin Hüseynli, Cənubi Florida Universitetinin təhsilin idarə olunması üzrə doktorantı Lalə Orucova, Bakı şəhəri 23 nömrəli körpələr evi – uşaq bağçasının tərbiyəçi – müəllimi Nərmin Məhərrəmova təqdimatla çıxış ediblər.


Qeyd edək ki, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən konfransın keçirilməsində məqsəd beynəlxalq təcrübənin müqayisəli şəkildə öyrənilməsi və yerli xüsusiyyətlərin nəzərə alınaraq tətbiqi ilə məktəbəqədər təhsildə keyfiyyətin yüksəldilməsinə nail olmaq və yerli qabaqcıl təcrübənin geniş auditoriyaya çatdırılmasına xidmət etməkdir.


04.12.2024 - 18:00