• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Qarabağ Universitetinin yaradılmasının bir illiyi münasibətilə konsert keçirilib

Noyabrın 30-da Qarabağ Universitetində İncəsənət fakültəsi tərəfindən konsert və sərgi proqramı təşkil edilib.
 

Universitetin yaradılmasının bir illiyi münasibətilə keçirilən tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.
 

Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, nazirliyin rəsmiləri və digər qonaqlar iştirak ediblər.

 

Qarabağ Universitetinin rektoru Şahin Bayramov açılış nitqi ilə çıxış edərək qonaqları salamlayıb. Bir il ərzində əldə edilən nailiyyətlərdən danışan rektor universitetin ölkənin təhsil sistemində önəmli rolunu vurğulayıb.
 

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında Qarabağ Universitetinin qısa müddətdə böyük inkişaf yolu keçdiyini, təhsil, elm və innovasiya sahələrindəki fəaliyyətinin ölkə üçün əhəmiyyətli olduğunu bildirib. 
 

Universitetin fəaliyyətinin regionda təhsil və elm sahəsindəki islahatların bir hissəsi olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, burada tədris prosesi beynəlxalq səviyyədə tanınan standartlara uyğun təşkil edilir, həmçinin tələbələrə müasir və keyfiyyətli təhsil imkanları təqdim olunur. 
 

Konsertdə “Cadenza” orkestrinin, İncəsənət fakültəsində müəllim kimi fəaliyyət göstərən tanınmış incəsənət xadimləri və tələbələrin ifasında musiqi nümunələri səsləndirilib.
 

Konsert proqramından sonra həmin fakültənin dekorativ–tətbiqi sənət və dizayn ixtisasları üzrə tədris  aparan müəllimlərinin əsərlərindən ibarət sərgi nümayiş etdirilib.


01.12.2024 - 10:00