Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünə start verilib
Noyabrın 29-da ali təhsil müəssisələrinin tələbələri arasında futzal idman növü üzrə Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün açılış mərasimi keçirilib.
Tədbirdə Elm və Təhsil Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin rəsmi şəxsləri, millət vəkilləri, rektorlar, veteran futbolçular iştirak ediblər.
Açılış mərasimində elm və təhsil nazirinin müavini, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin prezidenti Firudin Qurbanov çıxış edərək liqanın ali təhsil müəssisələrinin tələbələri
arasında futzalın təbliği, perspektivli idmançıların aşkarlanmasında xüsusi rol oynadığını vurğulayıb. Həmçinin bildirib ki, 2024-cü ilin iyul ayında Azərbaycan Tələbə Liqasının 2023/2024 mövsümünün qalibi olan Azərbaycan İdman Akademiyasının komandası 5-ci Avropa Universitet Oyunlarında iştiak edib, Macarıstan (16:1), Almaniya (5:1), Polşa (4:1), Fransa (6:1) və Çexiya (7:4) komandalarını məğlub edərək 5-ci yerə çıxıb.
Nazir müavini çıxışında idmanın inkişafına olan dövlət qayğısını xüsusi vurğulayıb, idmanın yetişməkdə olan gənc nəslin sağlamlığının təmin edilməsində əhəmiyyət
daşıdığını qeyd edib.
Rəsmi açılışdan sonra liqanın A qrupunda mübarizə aparacaq Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Mühəndislik Universiteti komandalarının qarşılaşması baş tutub. Oyun Azərbaycan Dövlət İqtisad Universitetinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Azərbaycan Tələbə Liqası Elm və Təhsil Nazirliyi, Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının dəstəyi ilə keçirilir.
12 ali təhsil müəssisəsinin komandasının mübarizə apardığı yarışa 2025-ci ilin may ayında yekun vurulacaq. Yarışlarda I, II, III yerləri tutan komandalar diplom, kubok, pul mükafatı ilə, liqada fərqlənən 3 tələbə-futbolçu “Ən yaxşı qapıçı”, “Ən yaxşı müdafiəçi”, “Ən yaxşı oyunçu” nominasiyaları üzrə xüsusi mükafatla təltif olunacaq.
Liqanın keçirilməsində məqsəd tələbələr arasında futzal idman növünün təbliği, perspektivli idmançıların aşkar edilməsi, bu idman növünə marağın artırılması və tələbələrdən ibarət yığma komandanın formalaşdırılmasıdır.
30.11.2024 - 12:00
Digər xəbərlər
-
Nazir müavini Həsən Həsənli Özbəkistanda STEAM Mərkəzinin açılışında iştirak edib
22.04.2025 - 16:15 -
Emin Əmrullayev Türk Hava Qurumu Universitetinin rektoru ilə görüşüb
22.04.2025 - 15:30 -
“Məktəblilərarası Milli Hakaton” üzrə seçim mərhələsi başlayıb
22.04.2025 - 10:35 -
Elm və təhsil naziri Sabirabadda vətəndaşları qəbul edib
21.04.2025 - 17:30 -
III “Maarifçi” tələbə-məzun təcrübə proqramına qeydiyyat müddəti başa çatıb
21.04.2025 - 15:30