Azərbaycan Milli Konservatoriyasının yeni rektoru kollektivə təqdim olunub
Azərbaycan Milli Konservatoriyasının rektoru vəzifəsinə təyin edilən Kamilə Dadaş-zadə noyabrın 28-də müəssisə kollektivinə təqdim olunub.
Tədbirdə iştirak edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov əvvəlcə konservatoriyanın rektoru vəzifəsində çalışmış Siyavuş Kərimiyə ali təhsil müəssisəsinin uğurlu fəaliyyəti, bu günədək qazandığı nailiyyətlərdəki xüsusi əməyinə görə təşəkkür edib. Yeni təyin edilən rektor Kamilə Dadaş-zadəyə fəaliyyətində uğurlar arzulayan nazir müavini milli musiqinin inkişaf tendensiyaları nəzərə alınmaqla qarşıda duran məqsəd və vəzifələri yeni rektorun və konservatoriyanın kollektivinin diqqətinə çatdırıb.
Çıxış edən Siyavuş Kərimi Azərbaycan Milli Konservatoriyasının yaradılması tarixi və fəaliyyətinə toxunub, Kamilə Dadaş-zadəyə yeni fəaliyyətində uğurlar arzulayıb.
Sonda çıxış edən rektor Kamilə Dadaş-zadə ona göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib və üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəyini, akademiyada qoyulan ənənələrə sadiq qalacağını qeyd edib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
