COP29 çərçivəsində Emin Əmrullayevin iştirakı ilə mətbuat konfransı keçirilib
Noyabrın 18-də COP29 çərçivəsində keçirilən İnsan İnkişafı / Uşaq və Gənclər / Sağlamlıq / Təhsil tematik Günündə mətbuat konfransı təşkil edilib.
Mətbuat konfransında elm və təhsil naziri Emin Əmrullayev, səhiyyə naziri Teymur Musayev, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iştirak ediblər.
Yerli və xarici media nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransında nazirlər onlara ünvanlanan çoxsaylı sualları cavablandırıblar.
Emin Əmrullayev öz növbəsində Azərbaycanda son altı ildə iqlim dəyişikliyi və ekoloji maarifləndirmənin milli kurikuluma inteqrasiyasını təmin etmək üçün addımlar atıldığını diqqətə çatdırıb.
Nazir qeyd edib ki, bu hərtərəfli yanaşma şagirdlərə insan fəaliyyətinin ətraf mühitə təsirini, bərpa olunan resursların əhəmiyyətini və ekosistemimizi qorumaq yollarını anlamağa kömək edir.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
