"Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzusunda yüksək səviyyəli panel keçirilib
Noyabrın 18-də COP29 çərçivəsində "Beynəlxalq qiymətləndirmə çərçivəsində ətraf mühit savadlılığının ölçülməsi" mövzusunda yüksək səviyyəli panel keçirilib.
Panel sessiyasında beynəlxalq ekspertlərin iştirakı ilə PISA kimi qiymətləndirmələrin şagirdlərdə ətraf mühit savadlılığının artırılmasındakı rolu ətraflı müzakirə edilib.
Sessiyada İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxer PISA-nın yeni göstəricilərinin şagirdlər arasında iqlim dəyişikliyi savadlılığını necə qiymətləndirə və təşviq edə biləcəyinə dair təqdimatla çıxış edib.
Andreas Şleyxer bildirib ki, Azərbaycan tərəfindən irəli sürülən və təşəbbüs göstərilən bu göstəricilər şagirdlərin ətraf mühit bilikləri və problem həll etmə bacarıqlarını qiymətləndirmək üçün geniş çərçivənin təqdim olunmasını hədəfləyir.
Çıxış edən elm və təhsil naziri Emin Əmrullayev iqlim savadlılığı göstəricilərinin qlobal miqyasda inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. Nazir əlavə edib ki, təhsil iqlim dəyişikliyinin reallıqlarına uyğunlaşma, dayanıqlılıq və innovativ həllər üçün əsas baza rolunu oynamalıdır. Emin Əmrullayevin sözlərinə görə, Azərbaycan olaraq biz bu yeni göstəriciləri təklif etməklə qlobal təhsil sistemlərinə iqlim savadlılığının inteqrasiyası istiqamətində cəsarətli bir addım atmış olduq.
Panel sessiyası Elm və Təhsil Nazirliyi ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) arasında şagirdlərin PISA çərçivəsində iqlim savadlılığını qiymətləndirmək üçün razılaşmanın imzalanması ilə yekunlaşıb.
Razılaşma qlobal səylərin iqlim savadlılığının təhsilə inteqrasiyasına yönəlməsi baxımından mühüm addım olaraq qiymətləndirilir.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
