"Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel keçirilib
Noyabrın 18-də COP29 çərçivəsində "Təhsilin yaşıllaşdırılması və iqlim dayanıqlılığı" mövzusunda yüksək səviyyəli panel müzakirəsi keçirilib.
Panel sesssiyası iqlim çağırışlarına cavab olaraq təhsildə transformativ yanaşmaların müzakirəsinə həsr olunub.
Paneldə Elm və Təhsil Nazirliyi UNESCO ilə birgə təhsilin yaşıllaşdırılması, hər bir şagirdin iqlim dayanıqlılığına hazır vəziyyətə gətirilməsinə dair müzakirə platforması təşkil edib. Bu müzakirə özündə məktəblər, kurikulum, şagirdlərin bilik və bacarıqlarının ölçülməsi, müəllim hazırlığı kimi vacib komponentləri əks etdirib.
Elm və təhsil naziri Emin Əmrullayev çıxış edərək bildirib ki, bu gün əsas məqsəd təhsil çərçivələrini iqlim dayanıqlılığı və fəaliyyətlərinə üstünlük vermək üçün yenidən tənzimləməkdir. Bu isə iqlim savadlılığının təhsil standartlarına inteqrasiya olunması və öyrənənlərin iqlim həllərinə fəal şəkildə töhfə verə biləcək bacarıqlarla təmin edilməsi deməkdir.
Müzakirələr zamanı Azərbaycanda STEAM təhsili təşəbbüsünün şagirdlərə yaşıl enerji və davamlılıq sahəsində real layihələr üzərində işləməyə imkan yaratdığı da qeyd edilib.
Panel müzakirəsi zamanı iqlimə həssas təhsilin qlobal təşviqində tərəfdaşlığın öhdəliyi bir daha təsdiqlənib və gələcək fəaliyyətlərin əsasən potensialın artırılması, eləcə də biliklərin bölüşdürülməsi istiqamətində olacağı vurğulanıb.
Panel çərçivəsində təşkil edilən "Greening Education Partnership" təşəbbüsünün ikinci illik iclası da öz növbəsində qlobal təhsil liderləri tərəfindən dayanıqlılığın təhsil sistemlərinə inteqrasiyası ilə bağlı müzakirələr aparmaq üçün dinamik platforma rolunu oynayıb.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
