Elm və təhsil naziri “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb
1 il əvvəl
Noyabrın 15-də elm və təhsil naziri Emin Əmrullayev “Cisco” şirkətinin nümayəndələri ilə görüşüb.
Görüşdə “Cisco” şirkətinin baş vitse–prezidenti və davamlı inkişaf üzrə baş direktoru Mary de Vysocki, kommunikasiya və davamlı inkişaf üzrə icraedici şəxs Cecilia Hughes, Türkiyə, Rumıniya, MDB regionu üzrə baş menecer Didem Duru, Azərbaycan üzrə baş direktor Ramil Eyyubov və ərazi üzrə məsul menecer Fərid Zeynalov iştirak ediblər.
Görüş zamanı “Cisco” şirkəti ilə Azərbaycan Təhsil Şəbəkəsinin qurulması istiqamətində uzunmüddətli əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətlər barədə məlumat verilib. Bununla yanaşı, təhsil müəssisələrinin şəbəkə təminatı üzrə həyata keçirilən işlərin genişləndirilməsi, internet trafikinin idarə edilməsi, təhlükəsizliyin qorunması, rəqəmsal təhsil məzmunlarının hazırlanması və təhsildə süni intellekt həllərinin tətbiqinə dair məsələlər müzakirə edilib.
Görüşdə Elm və Təhsil Nazirliyi ilə “Cisco” şirkəti arasında əməkdaşlıq çərçivəsində Qarabağ Universitetində yaradılan “Cisco” Şəbəkə Akademiyası haqqında danışılıb, akademiyada İT texnologiyalarının əsasları və əməliyyat sistemləri, əşyaların interneti, proqramlaşdırma, şəbəkə texnologiyaları və təhlükəsizliyi, kibertəhlükəsizlik istiqamətləri üzrə təlim kurslarının təşkili və tədris planlarına inteqrasiyası məsələləri barədə də söhbət aparılıb. Həmçinin bu cür akademiyaların sayının artırılması və yeni texnoloji həllərin tədris prosesinə inteqrasiyası mövzuları ətrafında fikir mübadiləsi edilib.
Yekunda müzakirə olunan istiqamətlər üzrə birgə fəaliyyətin genişlənməsi qərara alınıb.
Digər xəbərlər
-
Şamaxıda təhsil müəssisələrinin fəaliyyəti ilə tanışlıq olub
06.11.2026 - 17:50 -
Dağlıq Şirvan regionunda təhsil işçiləri üçün antikorrupsiya mövzusunda təlim keçirilib
06.11.2026 - 17:15 -
Peşə təhsili müəssisələri Bakıda keçirilən “PeşəFest”də təmsil olunublar
06.11.2026 - 17:00 -
Nazirliyin tabeliyindəki qurumların Vətən müharibəsi iştirakçısı və qazisi olan əməkdaşları ilə görüş keçirilib
06.11.2026 - 12:50 -
Təhsil müəssisələrində Zəfərin altıncı ildönümünə həsr olunan silsilə tədbirlər keçiriləcək
05.11.2026 - 09:40
