Emin Əmrullayev Özbəkistanın məktəbəqədər və ümumi təhsil naziri ilə görüşüb
2 il əvvəl
Noyabrın 13-də elm və təhsil naziri Emin Əmrullayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məktəbəqədər və ümumi təhsil naziri Hilola Umarova ilə görüşüb.
Görüş zamanı “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə Özbəkistan Respublikası Məktəbəqədər və Ümumi Təhsil Nazirliyi arasında birgə proqramların həyata keçirilməsi üzrə 2025-2026-cı illər üçün Yol Xəritəsi” imzalanıb.
Həmçinin 2 ölkə arasında məktəbəqədər və ümumi təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə edilib.
Digər xəbərlər
-
“Böyük tənəffüs” məktəblilər üçün idman yarışı
23.11.2026 - 17:41 -
IV “Maarifçi” Tələbə-Məzun Forumu keçirilib
20.11.2026 - 18:00 -
Orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələri müzakirə olunub
20.11.2026 - 17:00 -
“Heydər Əliyev və Azərbaycan tarixi” X ümumrespublika bilik yarışının qalibləri müəyyənləşib
20.11.2026 - 16:35 -
Məleykə Abbaszadə Bakı Dövlət Universitetinin kollektivinə təqdim olunub
19.11.2026 - 19:32
