Ali və orta ixtisas təhsilində tədrisin təşkili, cari vəziyyət və yeni çağırışlar müzakirə edilib
Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin təşkilatçılığı ilə "Ali təhsildə elmi fəaliyyətin və tədrisin təşkili: cari vəziyyət və yeni çağırışlar", eləcə də "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzularında tədbir keçirilib.
Tədbirin açılışında çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli “Azərbaycan Respublikasının sosial-iqtisadi inkişaf strategiyası”nda ali təhsildə əlçatanlığın artırılmasının əsas hədəflərdən biri olduğunu nəzərə çatdırıb. Birgə səylər nəticəsində bu hədəfə çatacaqlarına ümid edən Mətin Kərimli qeyd edib ki, artıq ali təhsilin bakalavriat və magistratura səviyyələrinə qəbul olan hər iki nəfərdən biri dövlət hesabına təhsil alır.
Azərbaycanın ali təhsil müəssisələrinin beynəlxalq reytinq cədvəllərində tutduğu yerlərin getdikcə yüksəldiyini nəzərə çatdıran Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Əminağa Sadıqov Azərbaycanda elmi araşdırmaların həyata keçirilməsi ilə bağlı yeni islahatları xüsusi vurğulayıb. Əminağa Sadıqovun sözlərinə görə, son illərin araşdırmaları göstərir ki, elmi tədqiqatların universitetlərdə həyata keçirilməsi daha uğurludur.
Elm və Təhsil Nazirliyinin Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman çıxışında ali təhsildə elmi fəaliyyətin və tədrisin yeni çağırışlar əsasında təşkili məqsədilə keçirilən müzakirələrin bu istiqamət üzrə siyasətin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadığını söyləyib. Turxan Süleyman ali təhsil pilləsinə, xüsusilə də doktoranturaya tələbə qəbulunda effektiv planlaşdırılmanın aparılmasının zəruri olduğunu bildirib.
Tədbirin birinci hissəsinin yekununda Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Nüşabə Məmmədbəyova “Ali təhsil müəssisələrində elmi tədqiqat və elmi-metodiki işlərin təşkili qaydaları”, digər əməkdaş Emil Səlimov isə “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” mövzusunda təqdimatla çıxış edib.
Tədbirin ikinci hissəsində "Orta ixtisas təhsili pilləsində tədrisin təşkili: normativlər və cari vəziyyət" mövzusunda müzakirələr aparılıb.
Elm və ali təhsil siyasəti şöbəsinin müdiri Turxan Süleyman hazırda orta ixtisas təhsili müəssisələrinin optimallaşdırılması istiqamətində tədbirlərin aparıldığını iştirakçıların diqqətinə çatdırıb, eyni zamanda subbakalavr dərəcəsi almış şəxslərin peşəkarlıq səviyyəsinin yüksəldilməsinin zəruriliyini vurğulayıb.
Daha sonra Elm və ali təhsil siyasəti şöbəsinin əməkdaşı Vüsalə Qurbanova “Professor-müəllim heyətinin tədris işi vaxtı norması” haqqında təqdimatla çıxış edib.
Tədbir çərçivəsində orta ixtisas təhsili pilləsində tədrisin təşkili ilə bağlı müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Ardınca pedaqoji ixtisaslar üzrə kadr hazırlığı aparan ali təhsil müəssisələrinin məsul şəxslərinin iştirakı ilə təcrübənin təşkilinə dair panel müzakirə təşkil edilib. Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb, universitetlər yeni təcrübə modelinə dair təkliflərini bildiriblər.
05.11.2024 - 14:30
Digər xəbərlər
-
“Müəllimliyin insanlıq fəlsəfəsi” esse müsabiqəsinin qalibləri mükafatlandırılıb
23.12.2024 - 17:55 -
Nazir müavini Azərbaycan din xadimlərinin Forumunda iştirak edib
23.12.2024 - 17:00 -
Nazir Sabunçu rayonunun məktəb direktorları ilə görüşüb
23.12.2024 - 12:55 -
Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsinə start verilib
23.12.2024 - 11:02 -
Bu şəxslərin də təhsil haqqı xərcləri dövlət hesabına qarşılanacaq
23.12.2024 - 10:20