“Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda təlimlər davam edir
Təhsil işçiləri üçün “Antikorrupsiya davranış modelinin formalaşdırılması” mövzusunda növbəti təlim keçirilib.
Təlimdə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Elm və Təhsil Nazirliyinin Daxili nəzarət şöbəsinin müdiri Kamran İsmayılov, BŞTİ-nin müdir müavini Anar Qədiməliyev, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə müdiri Nigar Qələndərli, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin prokuroru Kamil Kamilli, Baş Prokurorluğun prokurorları Ziya Hacıyev, Fərid Qarakişiyev, nazirlik, MÜTDA və BŞTİ-nin müvafiq struktur bölmə rəhbərləri və əməkdaşları iştirak ediblər.
Əvvəlcə təlimin əhəmiyyətindən danışılıb, korrupsiya hallarına qarşı mübarizənin və bu sahədə maarifləndirmənin prioritet fəaliyyət istiqamətlərindən biri olduğu vurğulanıb və birgə təlimlərin dövlət qurumları əməkdaşlarının peşəkarlığına mühüm töhfə verəcəyi bildirilib.
Təlim çərçivəsində “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın əhəmiyyəti, ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən kompleks və ardıcıl islahatlar, antikorrupsiyaya dair müxtəlif ölkələrin qabaqcıl təcrübəsi barədə danışılıb. Korrupsiya hüquqpozmaları, buna şərait yaradan amillər, korrupsiyanın cəmiyyətə təsiri və onunla mübarizənin zəruriliyindən bəhs edilib.
Təlim qarşılıqlı müzakirə əsasında davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb.
1 il əvvəl
Digər xəbərlər
-
Ulu öndərin məzarı ziyarət edilib
10.05.2026 - 12:40 -
Prezident İlham Əliyev Cəbrayıl rayonuna səfər çərçivəsində 360 şagird yerlik məktəb binasının açılışını edib
09.05.2026 - 17:36 -
İİB nümayəndə heyəti işğaldan azad edilmiş ərazilərdə təhsil sahəsində görülən işlərlə tanış olub
08.05.2026 - 21:00 -
Bədii yaradıcılıq müsabiqə-festivalının yekun konserti keçirilib
08.05.2026 - 20:52 -
Ulu öndər Heydər Əliyevin 103 illik yubileyi Elm və Təhsil Nazirliyində qeyd edilib
08.05.2026 - 18:20
