Nazirliyin əməkdaşları üçün komanda quruculuğu tədbiri keçirilib
Oktyabrın 26-da Elm və Təhsil Nazirliyinin İnsan resursları şöbəsi tərəfindən nazirliyin əməkdaşlarının iştirakı ilə “Biz Birik” şüarı altında komanda quruculuğu tədbiri keçirilib.
Tədbirin təşkilində məqsəd əməkdaşlar arasında əlaqələrin və komanda ruhunun gücləndirilməsi, eləcə də onların peşəkarlığının yüksəldilməsi və gündəmdə olan məsələlərlə bağlı müzakirələrin aparılması olub.
Tədbirin birinci hissəsində müxtəlif mövzularda seminar və müzakirələr təşkil edilib.
Tədbiri giriş sözü ilə açan elm və təhsil nazirinin müavini Firudin Qurbanov iştirakçıları salamlayaraq birgə fəaliyyətin peşəkar inkişaf üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb, əməkdaşları daim yeniliklərə açıq olmağa və bundan faydalanmağa səsləyib.
Tədbirdə qonaq qismində iştirak edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev və “Yüksəliş” müsabiqəsinin hüquqşünası Ümman Ağamalıyev sözügedən müsabiqənin gənclər üçün əhəmiyyətindən bəhs edib, statistik göstəricilər, mentorluq proqramı, müsabiqə çərçivəsində təşkil olunmuş təlim və intellektual yarışlar barədə ətraflı məlumat verib və tədbir iştirakçıları ilə müzakirələr aparıblar.
Daha sonra çıxış edən Təhsil İnstitutunun direktoru vəzifəsini müvəqqəti icra edən, elm və təhsil nazirinin müşaviri Elnur Əliyev Azərbaycanın beynəlxalq qiymətləndirmə tədqiqatlarında iştirakı, strateji hədəflər barədə, elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli və Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Müjdat Həsənov ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə nəticələri və qarşıya qoyulan hədəflər barədə çıxışlar ediblər, iştirakçıların suallarını cavablandırıblar.
Tədbirin ikinci hissəsində əməkdaşlar arasında birgə fəaliyyətin təşkil olunması üçün intellektual komanda oyunu keçirilib.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
