“Elsevier” və “Clarivate” şirkətlərinin elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı yekunlaşıb
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Elsevier” və “Clarivate” şirkətləri tərəfindən ilk dəfə elmmetriya üzrə birgə mütəxəssis hazırlığı proqramı həyata keçirilib.
Proqramın məqsədi ölkədə “Scopus” və “Web of Science” kimi elmmetrik və bibliometrik bazaları ekspert səviyyəsində tətbiq edə biləcək mütəxəssislər yetişdirməkdir.
Hazırlıq proqramına qatılan 70 nəfər iştirakçı sırasından yekunda 28 nəfər “Elsevier” və “Clarivate” şirkətlərinin birgə sertifikatını əldə edib.
Qeyd edək ki, proqramı müvəffəqiyyətlə bitirən şəxslər elmi göstəricilərin ölçülməsini daha dəqiq aparacaq, tədqiqatçılara ədəbiyyat axtarışlarında dəstək göstərəcək, həmçinin elmi işlərin dərci üçün keyfiyyətli jurnal seçiminə öz töhfələrini verəcəklər.
1 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
