• Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Beynəlxalq Yaşıl SAF 2024-ün qalibləri mükafatlandırılıb

Oktyabrın 25-də Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalının bağlanış mərasimi keçirilib.
 

Bağlanış mərasimində elm və təhsil nazirinin müavini Firudin Qurbanov, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev və digər qonaqlar iştirak ediblər. 
 

Əvvəlcə "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov çıxış edərək yarışların nəticələrinə dair hesabatı diqqətə çatdırıb.
 

Ardınca Beynəlxalq Yaşıl STEAM Azərbaycan Festivalına dair videoicmal nümayiş etdirilib. 
 

Daha sonra qalib komandalara mükafatlar təqdim olunub.
 

Tədbir bədii hissə ilə başa çatıb. 
 

Qeyd edək ki, sözügedən festival Elm və Təhsil Nazirliyi və COP29 Sədrliyinin dəstəyi, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilib.  Festivalın final mərhələsində ümumilikdə 244 komanda üzrə 900-dən çox iştirakçı yarışıb və onlardan 146-sı Böyük Britaniya, Türkiyə, Pakistan, Qazaxıstan, Çexiya, Slovakiya və ABŞ daxil olmaqla 15 ölkəni təmsil edib. Festival çərçivəsində “Yaşıl təşəbbüslər”, “Yaşıl kodlaşdırma”, “Dron texnologiyaları”, “Bizim peykimiz”, “Robotların mübarizəsi”, “Gələcəyin mühəndisləri”  və s. kimi mövzularda 9 kateqoriya üzrə yarış və sərgi-yarışlar təşkil olunub. 
 

Builki festivalın məqsədi ənənəvi olaraq STEAM əsaslı tədrisin təşviqi, təhsilalanlar arasında XXI əsr bacarıqlarının inkişaf etdirilməsi, yaradıcı təhsilalanların aşkara çıxarılması ilə yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar STEAM əsaslı yanaşmanın tətbiqi vasitəsilə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatları və alternativ enerji mənbələrindən səmərəli istifadəyə dair innovativ həll yollarının, eləcə də layihələrin hazırlanmasını təşviq etmək olub.


25.10.2024 - 18:00