Emin Əmrullayev Kahramanmaraşda Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin açılış mərasimində iştirak edib
Prezident İlham Əliyevin tapşırığı ilə Türkiyənin Kahramanmaraş şəhərində yeni inşa edilmiş Azərbaycan məhəlləsində Heydər Əliyev adına müasir tipli ibtidai məktəbin açılış mərasimi keçirilib.
Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin təhsil naziri Yusuf Tekin və hər iki ölkənin nümayəndə heyəti iştirak ediblər.
Məktəbdə yaradılmış şəraitlə tanış olan qonaqlara məlumat verilib ki, təməli ötən ilin aprelində qoyulmuş üçmərtəbəli binanın tikintisi zamanı sağlamlıq imkanları məhdud uşaqlar da nəzərə alınıblar. Məktəbdə həmçinin idman zalı, kitabxana və zərurət yaranarsa, sığınacaq kimi istifadə edilə bilən yer var. İbtidai məktəbdə təhsilə dəstək məqsədilə yaradılmış əlavə otaqlar da mövcuddur. Buraya xüsusi alətlər və tədris materiallarından ibarət 1 emalatxana, musiqi dərslərinin keçirilməsi üçün musiqi alətlərindən ibarət 1 otaq, rəsm və əmək dərslərinin keçirilməsi üçün 2 emalatxana, texnologiya, riyaziyyat və mühəndislik sahələrində bacarıqların təkmilləşdirilməsi üçün 1 emalatxana, 1 kitabxana və 1 idman zalı daxildir.
Açılış mərasimində çıxış edən Emin Əmrullayev bildirib ki, Azərbaycan və Türkiyənin qardaşlığı sadəcə sözdə deyil, həm də əməldədir. Nazir həmçinin məktəbin açılması ilə bağlı bütün şəhər sakinlərini təbrik edib, müəllim və şagirdlərə uğurlar diləyib.
Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan 2023-cü il 6 fevral tarixində Türkiyədə baş verən dağıdıcı zəlzələdən zərər çəkmiş Kahramanmaraş vilayətində yeni məhəllənin tikintisinə dəstək verib. Keçən il sentyabrın 25-də Naxçıvan şəhərində bununla bağlı imzalanmış hökumətlərarası Əməkdaşlıq Sazişinə uyğun olaraq layihənin həyata keçirilməsi üçün ümumi dəyərin 100 milyon ABŞ dolları məbləğində vəsaiti Azərbaycan hökuməti tərəfindən ayrılıb.
2 il əvvəl
Digər xəbərlər
-
“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” proqramı çərçivəsində 2026-2027-ci tədris ili üzrə namizədlərin seçimi barədə XİN və ETN-nin birgə mətbuat məlumatı
12.10.2026 - 15:00 -
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50
