Azərbaycan Respublikasının rəsmi dövlət platforması
Rəsmi vebsaytları necə tanımaq olar?
Rəsmi vebsaytların linkləri .gov.az ilə bitir.
Dövlət qurumları .gov.az domeni (məsələn, edu.gov.az) vasitəsilə əlaqə qurur.
Rəsmi vebsaytların siyahısı
Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.
Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
  • Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin 1918-ci il 28 may tarixli qərarı ilə maarif və təhsil üzrə ilk nazirlik-Xalq Maarifi Nazirliyi yaradılıb. Nazirlər Şurasının 30 iyun 1918-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin üç şöbədən (ümumi orta təhsil, ali və orta ixtisas təhsili, peşə məktəbləri) ibarət strukturu təsdiq olunub.

    Azərbaycan SSR Xalq Komissarları Sovetinin 28 aprel 1920-ci il tarixli qərarı ilə Xalq Maarifi Nazirliyinin adı dəyişdirilərək Xalq Maarifi Komissarlığı adı ilə yenidən təşkil edilib və ölkədəki bütün təhsil müəssisələri bu qurumun tabeliyinə verilib.

Menyu Menyu Geri
SUALIM VAR Elektron sənəd yoxlanışı

Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib

Sentyabrın 10-da Bakı şəhəri təhsil işçilərinin sentyabr konfransı keçirilib.
 

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, ali məktəb rektorları, millət vəkilləri, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktor müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, həmçinin Elm və Təhsil Nazirliyi, MÜTDA və BŞTİ-nin struktur bölmə rəhbərləri, ictimaiyyət nümayəndələri, məktəb direktorları, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 

Tədbirdən öncə qonaqlar Fəxri xiyabanda ümummilli lider Heydər Əliyev və akademik Zərifə Əliyevanın xatirəsini ehtiramla yad edib, məzarı önünə çiçəklər düzüblər. Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçənlərin xatirəsi anılıb, məzarları üzərinə güllər qoyulub.
 

Konfrans Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət gimnaziyasının şagirdlərindən ibarət xorun ifasında Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
 

Daha sonra BŞTİ-nin 2023–2024-cü tədris ilindəki fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.
 

Konfrans iştirakçılarını salamlayan elm və təhsil naziri Emin Əmrullayev yeni dərs ilinin başlaması münasibətilə təhsil işçilərini təbrik edib. 
 

Emin Əmrullayev ötən tədris ilində əldə olunan nailiyyətlər, aparılan təhsil islahatları, mövcud problemlər və onların həlli istiqamətində atılan addımlardan söz açıb, nəzərdə tutulan məsələlər və yeni tədris ilinin əsas hədəflərindən bəhs edib. 
 

Nazir çıxışı zamanı ümumi təhsil müəssisələrində 2024–2025-ci tədris ilinin təşkili barədə əmrdə nəzərdə tutulan məsələlərin həllinin zəruriliyini diqqətə çatdırıb. 
 

MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova 2023–2024-cü tədris ilində BŞTİ-nin fəaliyyət istiqamətləri üzrə gördüyü işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, paytaxtda məktəbəqədər və ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilmiş tədbir və layihələrdən danışıb.  
 

Nərminə Hüseynova növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran vəzifələr barədə də məlumat verib. Bildirib ki, məktəbəqədər təhsildə əhatəliliyin artırılması, ümumi təhsilin keyfiyyətinin yüksəldilməsi, rəqəmsal səriştələrin inkişaf etdirilməsi və digər istiqamətlər əsas hədəflər sırasındadır.
 

BŞTİ-nin müdiri bütün təhsil işçilərinə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıb. 
 

Konfrans panel müzakirələri ilə davam etdirilib. 
 

Panel müzakirələrində elm və təhsil naziri Emin Əmrullayev, Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə, MÜTDA-nın direktoru Eşqi Bağırov, MÜTDA-nın direktor müavini, BŞTİ-nin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova iştirak ediblər. 

 

Panel müzakirələr zamanı metodik xidmətin təşkili, dərsliklərin məzmunu, inklüziv təhsil, məktəb-valideyn münasibətləri, tədrisin təşkili, məktəb idarəetməsində səmərəliliyin artırılması, buraxılış və qəbul imtahanlarındakı yanaşmalar və digər mövzuların aktuallığına toxunulub.

 

Müzakirələrdə konfrans iştirakçılarının təklif və tövsiyələri dinlənilib, həmçinin suallar cavablandırılıb.


1 il əvvəl