Firudin Qurbanov Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 6-da Abşeron – Xızı Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Təhsil İnstitutunun direktor müavini İlham Cavadov, Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva, aidiyyəti idarə, müəssisə rəhbərləri və təhsil işçiləri iştirak ediblər.
Tədbirdən əvvəl ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edilib.
Sonra Abşeron – Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva 2023–2024-cü tədris ilində görülən işlər haqqında hesabat məruzəsi ilə çıxış edib, region üzrə ümumi təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbir və layihələrin tətbiqi vəziyyətindən danışıb.
İlhamə Abdullayeva həmçinin növbəti tədris ili üçün təhsil işçilərinin qarşısında duran əsas vəzifələri qeyd edib.
Konfransda çıxış edən nazir müavini Firudin Qurbanov təhsil üzrə prioritet istiqamətlər haqqında məlumat verib, təhsilin idarə edilməsi ilə bağlı qarşıda duran vəzifələri iştirakçıların diqqətinə çatdırıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxışında yeni tədris ili münasibətilə konfrans iştirakçılarına uğurlar arzulayıb.
Daha sonra Təhsil İnstitutunun direktor müavini İlham Cavadov 2023–2024-cü tədris ili ərzində institut tərəfindən həyata keçirilmiş tədbirlər barədə məlumat verib.
Tədbir daha sonra müzakirələrlə davam etdirilib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
