Mətin Kərimli Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransında iştirak edib
Sentyabrın 6-da Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfransda Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov, şəhid ailəsi üzvü olan təhsil işçiləri, idarənin struktur bölmə rəhbərləri və əməkdaşları, məktəb direktorları, bağça müdirləri, müəllimlər və digər şəxslər iştirak ediblər.
Tədbirdən əvvəl qonaqlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra qonaqlar şagirdlərin rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçiriblər.
Konfransda çıxış edən Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli təhsil sahəsində aparılan islahat və əldə edilən nailiyyətlərdən söz açıb. İşğaldan azad edilmiş ərazilərdə, eləcə də digər bölgələrdəki təhsil müəssisələrində həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən söz açan Mətin Kərimli çıxışının sonunda təhsil işçilərinə uğurlar arzu edib.
Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov da öz növbəsində təhsil işçilərinə yeni tədris ilində uğurlar arzulayıb.
Sonra Təhsil İnstitutunun Qiymətləndirmə, Təhlil və Monitorinq Mərkəzinin direktoru İbrahim Baxışlı Dağlıq Şirvan regionunda olan IV və VI sinif şagirdlərinin monitorinq, eləcə də IX və XI siniflərin buraxılış imtahanlarının nəticələri barədə danışıb.
Daha sonra Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdir səlahiyyətlərini icra edən Həmid Qasımov hesabatla çıxış edib. Region üzrə məktəblərin ötən tədris illəri üçün nəticələrini təhlil edən Həmid Qasımov idarənin tabeliyində olan rayonlarda həyata keçirilən bir sıra təmir və tikinti işlərindən də söz açıb. Gələcək hədəflər barədə də danışan idarə müdiri sonda konfrans iştirakçılarına təşəkkürünü bildirib və onlara uğurlar arzu edib.
Çıxışlardan sonra konfransda səsləndirilən məsələlərə dair fikir mübadiləsi aparılıb.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
