Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsində çıxış edib
Sentyabrın 5-də elm və təhsil nazirinin müavini Həsən Həsənli UNESCO Rəqəmsal Öyrənmə Həftəsinin 6-cı plenar sessiyasında çıxış edib.
“Dayanıqlı gələcəyə gedən yollar: rəqəmsal və yaşıl təhsilə keçid” başlığı altında keçirilən plenar sessiyadakı çıxışında Həsən Həsənli rəqəmsal və yaşıl təhsilə keçid üzrə təhsil siyasətindən danışıb, ölkəmizin uğurlu təcrübəsini auditoriya ilə bölüşüb. COP29 tədbirinin Azərbaycanda keçiriləcəyini və 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xatırladan nazir müavini bu istiqamətdə elm və təhsil sahəsində həyata keçirilən tədbirlər haqqında da məlumat verib.
2 il əvvəl
Digər xəbərlər
-
Nazir müavini Firudin Qurbanov “Maarifçi”lərlə görüşüb
09.10.2026 - 10:55 -
Nazir müavini Azərbaycanla Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında Hökumətlərarası Komissiyanın iclasında çıxış edib
07.10.2026 - 17:42 -
Bakıda professor Ziya Səlcuqun təhsil işçiləri üçün ustad dərsi keçirilib
07.10.2026 - 14:12 -
Nazir müavini Türkiyənin milli təhsil nazirinin müavini ilə görüşüb
07.10.2026 - 12:50 -
Elm və təhsil naziri Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
06.10.2026 - 19:10
